Şriftin ölçüsü :

Saytın rəngi :

Qazax Rayon Heydər Əliyev Mərkəzində “Tarix yazan və yaradan lider” başlığı altında “Açıq qapı” günlərinin keçirilməsinə başlanılıb

04 may 2022 | 16:19

Qazax Rayon Heydər Əliyev Mərkəzinin Tədbirlər Planına əsasən 04-10 may 2022-ci il tarixlərində Azərbaycan xalqının Ümummilli Lideri, Ulu Öndər Heydər Əliyevin anadan olmasının 99-cu ildönümü ilə əlaqədar dahi şəxsiyyətin siyasi irsinin təbliği məqsədilə Qazax Rayon Heydər Əliyev Mərkəzində "Tarix yazan və yaradan lider” başlığı altında  "Açıq qapı” günlərinin keçirilməsinə başlanılıb.

"Açıq qapı” günlərində muzeyi ekskursiya edən ziyarətçilərə Azərbaycanın siyasi tarixində yeni bir səhifə açan, şəxsiyyəti və əzəmətli ideyaları üzərində müstəqil dövlət qurulan Heydər Əliyevin siyasi fəaliyyətini özündə əks etdirən mühazirələr oxunacaq və filmlər nümayiş etdiriləcək.

4 may tarixində rayonun bir sıra təhsil müəssisələrinin, idarə və təşkilatların rəhbər və əməkdaşları Ulu Öndərin abidəsini və Muzeyi ziyarət ediblər. İlk olaraq Yeni Azərbaycan Partiyası Qazax Rayon Təşkilatının, Qazax Suvarma Sistemləri İdarəsinin əməkdaşları, Bakı Dövlət Universitetinin Qazax filialının, Qazax Dövlət Sosial-İqtisadi Kollecinin pedaqoji heyəti və tələbələri, Qazax rayon ümumtəhsil məktəblərinin direktorları və müəllimləri "Açıq qapı” günlərində iştirak ediblər.

Ziyarətçilər Heydər Əliyevin adını daşıyan Parka gələrək Ulu Öndərin abidəsi önünə gül dəstələri düzüb, dahi şəxsiyyətin əziz xatirəsini böyük ehtiramla anıblar.

Sonra Heydər Əliyevin adını daşıyan Mərkəzdə fenomenal şəxsiyyətin mənalı ömür yolu və siyasi fəaliyyətini özündə əks etdirən kitab və jurnallardan ibarət sərgi ilə, fotostendlərlə tanış olub, mühazirələr dinləyib və dahi şəxsiyyətə həsr edilmiş filmlərə baxıblar.

"Açıq qapı” günlərinin təşkil olunmasında məqsəd XX əsrin sonlarında Azərbaycanda dövlətçilik ənənələrinin bərpa edilib zənginləşməsində, müstəqilliyimizin möhkəmləndirilməsi, onun əbədi, dönməz xarakter almasında, ölkəmizin dinamik iqtisadi inkişaf yolu ilə inamla irəliləməsində, beynəlxalq nüfuzunun sürətlə artmasında misilsiz xidmətləri olan Azərbaycan xalqının böyük oğlu Heydər Əliyevin tükənməz siyasi irsinin gələcək nəsillərə çatdırılması və təbliğ edilməsidir.

 

Keçidlər