Şriftin ölçüsü :

Saytın rəngi :

Qazax Rayon İcra Hakimiyyəti başçısının 2024-cü ilin mart ayında kəndlərdə keçirəcəyi səyyar qəbulların qrafiki

27 fevral 2024 | 11:53

Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva tərəfindən ölkəmizdə həyata keçirilən dövlət siyasətinin əsasında vətəndaş amili dayanır ki, bu, bütün sahələrdə öz əksini tapır. Ölkə rəhbərinin icra hakimiyyəti başçıları, mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri ilə görüşləri zamanı dövlət məmurları haqqında səsləndirdiyi fikirlər, onlara daim xalqın içində olmaları, icra başçılarına bütün kəndləri gəzmələri, sakinlərlə görüşmələri, vətəndaşların qayğılarını öz dillərindən eşitmələri, problemlərini yerində öyrənmələri, düzgün təhlil aparmaları barədə verdiyi tapşırıq və tövsiyələr də bunu söyləməyə əsas verir. 

Dövlət başçısının ölkəmizdə insanlara layiqli xidmət göstərilməsi, vətəndaş məmnunluğunun əsas götürülməsi, vətəndaşların qayğılarına xüsusi həssaslıqla yanaşılması ilə bağlı tapşırıqları Qazax rayonunda da birmənalı olaraq yerinə yetirilir. Əhalini narahat edən problemlərin yerlərdə birbaşa həlli və sosial əhəmiyyətli sifarişlərin müəyyən edilməsi məqsədilə Qazax Rayon İcra Hakimiyyətinin başçısı tərəfindən şəhər və kəndlərdə keçirilən səyyar qəbullar da bu məqsədi daşıyır.

2024-cü ilin yanvar-fevral aylarında Xanlıqlar, Kəmərli, Qaymaqlı, Yuxarı Salahlı, Qazaxbəyli, Bala Cəfərli, Dəmirçilər, Daş Salahlı kəndləri üzrə 8 səyyar görüş olub.

Görüşlər zamanı sakinlərin müraciətləri dinlənilib, qaldırılan məsələlərin həlli istiqamətində lazımi addımlar atılıb.

2024-cü ilin mart ayında Qazax Rayon İcra Hakimiyyəti başçısının kəndlərdə keçirəcəyi səyyar qəbulların qrafiki isə aşağıdakı kimidir:

S/S

Yaşayış məntəqəsinin adı

Ünvan

Qəbulun keçiriləcəyi tarix

1

Ağköynək kəndi

Qazax rayon Şamoy Çobanov adına Ağköynək kənd tam orta məktəb

01.03.2024

2

Aslanbəyli kəndi

Aslanbəyli kənd tam orta   məktəb

07.03.2024

3

Bala Çaylı kəndi

Qazax rayon Səlamət Həsənov adına Bala Çaylı kənd tam orta məktəb

12.03.2024

4

Aşağı Salahlı kəndi

Qazax rayon Nizami Hüseynov adına Aşağı Salahlı kənd tam orta məktəb

14.03.2024

Məlumat üçün qeyd edək ki, 2023-cü il ərzində, həftədə 1 dəfə olmaqla, Qazax şəhəri Nəriman Nərimanov qəsəbəsi, Hüseyn Arif küçəsi (Hərbi şəhərcik), Azadlıq küçəsi 208A, Məhəmməd Əmin Rəsulzadə, Aslan Kəmərli, Səməd Vurğun, Mehdi Hüseyn, Zeynalabdin Tağıyev küçələri, Canalı, Alpout, Qaymaqlı, Qazaxbəyli, Bala Çaylı, Bala Cəfərli, Yuxarı Salahlı, İkinci Şıxlı, Daş Salahlı, Aşağı Salahlı, Cəfərli, Çaylı, Ağköynək, Orta Salahlı, Birinci Şıxlı, Hüseynbəyli, Kosalar, Qarapapaq, Abbasbəyli, Ürkməzli, Xanlıqlar, Aslanbəyli, Dəmirçilər, Kəmərli kəndləri üzrə 48 səyyar görüş keçirilib.

Keçidlər