Qazax RİH başçısı aparatının yanında fəaliyyət göstərən Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Komissiya üzvlərinin iştirakı ilə görüş keçirilib
Noyabrın 30-da Azərbaycan Respublikası Baş nazirinin müavini, Azərbaycan Respublikası Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının sədri Əli Əhmədovun iştirakı ilə keçirilmiş iclasın 11 mart 2022-ci il tarixli 10 nömrəli Protokolunun 12-ci bəndinin icrası ilə əlaqədar Qazax Rayon İcra Hakimiyyəti başçısı aparatının yanında fəaliyyət göstərən Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Komissiya üzvlərinin iştirakı ilə görüş keçirilib.
Görüşdə Qazax Rayon İcra Hakimiyyəti başçısının birinci müavini, RİH başçısı aparatının yanında fəaliyyət göstərən Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Komissiyanın sədri Məmməd Alıyev, Azərbaycan Respublikası Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının İşçi Qrupunun məsul əməkdaşı Vasif Quliyev və yerli komissiya üzvləri iştirak ediblər.
Görüşün keçirilməsində əsas məqsəd Qazax RİH başçısı aparatının yanında fəaliyyət göstərən Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Komissiyanın cari ilin ötən müddəti ərzində gördüyü işləri müzakirə etmək, eyni zamanda komissiyanın fəaliyyətinin səmərəliliyinin artırılması, təbliğat və maarifləndirmə işlərinin daha da gücləndirilməsi və davamlılığının təmin edilməsi, narkotiklərə meyilli şəxslər barəsində vaxtında qabaqlayıcı, profilaktik tədbirlərin görülməsi, həyata keçirilən tədbirlərin rüblük nəticələrini təhlil edərək qiymətləndirilməsi və dövlət komissiyasına işçi qrupu ilə qarşılıqlı birgə fəaliyyətin təmin edilməsi istiqamətində zəruri tədbirlər görülməsi barədə fikir mübadiləsi aparmaq olub.
Komissiya sədri Məmməd Alıyev çıxış edərək görüş iştirakçılarını rayon rəhbərliyinin adından salamlayıb, görüşün məqsəd və əhəmiyyətinən söz açıb. M.Alıyev Respublika Prezidenti İlham Əliyevin narkomaniya və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizədə qətiyyətli mövqe nümayiş etdirərək, bu problemlə əlaqədar 2000-2006-cı illəri, 2007-2012-ci illəri və 2013-2018-ci illəri əhatə edən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair üç mühüm əhəmiyyət kəsb edən Dövlət Proqramını təsdiq etdiyini bildirib. Hazırda isə ölkə Prezidentinin 22 iyul 2019-cu il tarixli 1334 nömrəli Sərəncamı ilə təsdiq edilmiş və 2019-2024-cü illəri əhatə edən dördüncü növbəti 5 illik Dövlət Proqramının uğurla icra edildiyini qeyd edib. M.Alıyev vurğulayıb ki, bu, ölkəmizdə narkomaniyaya qarşı mübarizənin dövlət siyasətinin prioritet istiqamətlərindən birinə çevrilməsini, eyni zamanda Prezident İlham Əliyevin bu sosial bəlanın bütün təzahürlərinə qarşı prinsipial və barışmaz mövqedə olmasını göstərir. Azərbaycan dövlətinin bu problemlə bağlı müəyyənləşdirdiyi strategiya uğurla reallaşdırılır, gənc nəslin sağlam və yüksək ideallar ruhunda tərbiyəsi istiqamətində qətiyyətli addımlar atılır. M.Alıyev qeyd edib ki, Dövlət Proqramının aidiyyəti bəndlərinin icrası ilə əlaqədar Qazax RİH başçısı aparatının yanında fəaliyyət göstərən Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə qarşı Mübarizə üzrə Komissiyanın və Yetkinlik Yaşına Çatmayanların İşləri və Hüquqlarının Müdafiəsi üzrə Komissiyanın 2022-ci ilə dair “İş Planı”nın müvafiq bəndlərindən irəli gələn vəzifələrə uyğun olaraq “Narkotiklərdən zərər çəkmiş uşaqların fərdi reabilitasiyasının və cəmiyyətə reinteqrasiyasının həyata keçirilməsi” ilə bağlı 21.01.2022-ci il tarixdən Qazax rayonu üzrə ümumtəhsil məktəblərində, ali və orta təhsil müəssisələrində, rayonda fəaliyyət göstərən müvafiq idarə, müəssisə və təşkilatlarla birlikdə kompleks qabaqlayıcı profilaktik tədbirlər aparılır. Komissiyanın rəhbərliyi ilə birgə Rayon Gənсlər və İdman İdarəsi, Qazax-Tovuz Regional Təhsil İdarəsinin Qazax Rayonu üzrə Təhsil Sektoru, Bakı Dövlət Universitetinin Qazax filialı, Qazax Dövlət Sosial-İqtisadi Kolleci və Rayon Polis Şöbəsinin Narkotiklərlə Mübarizə Qrupunun əməkdaşları, rayon ərazisində fəaliyyət göstərən ali və orta ixtisas məktəblərin rəhbərləri, icra nümayəndələri, bələdiyyələr və ictimaiyyətin nümayəndələri narkomanlığa qarşı mübarizə məqsədilə müntəzəm olaraq tədbirlər həyata keçirirlər. Tədbirlərdə müasir dövrümüzdə insanlıq üçün böyük bəla olan narkomaniyanın bütün dünyada geniş yayıldığı bildirilir, bu bəla ilə mübarizə etməyin bir o qədər asan olmadığı, narkotiklərdən asılılığın ağır xəstəliyə - narkomaniyaya gətirib çıxartdığı, narkotik maddələrin insan sağlamlığına bərpaedilməz ziyan vurduğu diqqətə çatdırılır M.Alıyev yerli Komissiya olaraq bundan sonra da rayonun idarə, müəssisə və təşkilatları ilə birlikdə Respublika Prezidentinin “Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə” üzrə Fərmanından və “Ümummilli Proqram”dan irəli gələn vəzifələrin yerinə yetirilməsi istiqamətində ardıcıl olaraq məqsədyönlü tədbirlərin həyata keçiriləcəyini qeyd edib.
Sonra Azərbaycan Respublikası Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının İşçi Qrupunun məsul əməkdaşı Vasif Quliyev və yerli komissiya üzvləri mövzu ətrafında geniş və əhatəli çıxış edərək Azərbaycanın gələcəyinin sağlam gənclərin əlində olduğunu, bunun üçün də onları qorumağın hər birimizin işi olduğunu bildiriblər.
Görüşdə Komissiyanın gördüyü işlər geniş şəkildə müzakirə olunaraq fikir mübadiləsi aparılıb, narkomaiya ilə mübarizə sahəsində görülməsi nəzərdə tutulan işlərlə bağlı təklif və tövsiyələr dinlənilib.