Qazax RİH-də keçirilən fərdi qəbulda icra başçısı vətəndaşların müraciətlərini dinləyib
Prezident İlham Əliyevin rəhbərliyi altında ölkəmizdə yürüdülən dövlət siyasətinin əsasında vətəndaş amilinin dayanması bütün sahələrdə öz əksini tapır. Bu, həm də ölkə başçısı və Birinci vitse-prezident Mehriban xanım Əliyeva tərəfindən vətəndaşlara göstərilən qayğıda da hər zaman hiss olunur. Təqdirəlayiq haldır ki, bu, bütün sahələrdə əsas götürülməklə yanaşı, həm də hər bir dövlət məmuruna nümunədir.
Ölkə başçısının yerlərdə vətəndaş müraciətlərinə obyektiv şəkildə baxılması, vətəndaş məmnunluğunun təmin edilməsi ilə bağlı müvafiq sərəncam və tapşırıqlarının icrasına Qazax rayonunda hər zaman operativ və həssaslıqla yanaşılır.
Vətəndaş məmnunluğunun təmin olunması istiqamətində dövlət siyasətini əsas tutaraq, Rayon İcra Hakimiyyətinin inzibati binasında vətəndaşların fərdi və ümumi qəbulları həyata keçirilir, müraciət və təklifləri dinlənilir. Rayonda şəhid ailələri və müharibə iştirakçılarının sosial qayğılarının öyrənilməsi və həlli də daim diqqət mərkəzində saxlanılır.
Mayın 5-də Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov Qazax şəhərindən, rayonun Məzəm kəndindən və Ağstafa şəhərindən müraciət etmiş 4 nəfər vətəndaşı fərdi qəbul edib. Qəbul zamanı vətəndaşların müxtəlif məzmunlu müraciəti dinlənilərək müvafiq olaraq cavablandırılıb.