Şriftin ölçüsü :

Saytın rəngi :

Qazax RİH-də vətəndaş qəbulu olub

31 may 2024 | 10:39

“Hər bir dövlət məmuru xalqa xidmət etməli, bu yüksək məsuliyyəti və etimadı doğrultmalıdır!” 

Prezident İlham Əliyev 

Ölkə başçısının səsləndirdiyi bu fikir hər bir dövlət məmurunun iş fəaliyyətinin tərkib hissəsi olmaqla yanaşı, həm də onu göstərir ki, ölkəmizdə həyata keçirilən dövlət siyasətinin əsasını vətəndaş amili təşkil edir. Bu, Prezident İlham Əliyevin, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın vətəndaşlara göstərdikləri qayğıda da hər zaman öz əksini tapır. 

Ölkə Prezidentinin yerlərdə vətəndaş müraciətlərinə obyektiv şəkildə baxılması və vətəndaş məmnunluğunun təmin edilməsi ilə bağlı müvafiq Sərəncam və tapşırıqlarının icrasına Qazax rayonunda da operativ və həssas yanaşılır. Xüsusilə də şəhid ailələri və müharibə iştirakçılarının sosial qayğılarının öyrənilməsi və həlli daim diqqət mərkəzində saxlanılır.

Vətəndaş məmnunluğunun təmin olunması istiqamətində dövlət siyasətini əsas tutaraq, rayon İcra Hakmiyyətinin inzibati binasında fərdi və ümumi şəkildə vətəndaşların qəbulları həyata keçirilir, müraciət və təklifləri dinlənilir.

Mayın 31-də idarə, müəssisə və xidmət sahələri rəhbərlərinin iştirakı ilə növbəti vətəndaş qəbulu keçirilib.

Qazax Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Məmməd Alıyev Qazax şəhəri və Aşağı Salahlı kəndindən müraciət etmiş 2 nəfər vətəndaşı qəbul edib, müraciətlərini dinləyib. Qəbulda vətəndaşların müxtəlif məzmunlu müraciətləri dinlənilərək müvafiq olaraq cavablandırılıb.

Keçidlər