Şriftin ölçüsü :

Saytın rəngi :

Qazaxda akademik Zərifə Əliyevanın 100 illik yubileyi ilə əlaqədar “Oftalmologiya aləmində ən yüksək mükafata layiq görülmüş ilk qadın” mövzusunda tədbir keçirilib

28 aprel 2023 | 16:29

Aprelin 28-də Əməkdar elm xadimi, tibb elmləri doktoru, akademik Zərifə Əliyevanın anadan olmasının 100 ili tamam olur. Görkəmli oftalmoloq-alimin 100 illik yubileyinin qeyd edilməsi məqsədilə Prezident İlham Əliyevin ötən ilin noyabrında imzaladığı Sərəncam akademik Zərifə Əliyevanın tibb sahəsində xidmətlərinə dövlət səviyyəsində verilən yüksək qiymət olmaqla onun elmi irsinin aktuallığını bir daha təsdiqləyir. Yubiley tədbirləri çərçivəsində keçirilən tədbirər, konfranslar elmi ictimaiyyət tərəfindən böyük maraqla qarşılanır, tədqiqatçılar üçün yeni istiqamətlər müəyyənləşdirir. Çünki görkəmli oftalmoloq-alimin irsi, tibbin müxtəlif sahələri üzrə apardığı tədqiqatlar, yaratdığı fundamental əsərlər Azərbaycan elminin parlaq səhifələrini təşkil edir.

Respublikamızın hər yerində olduğu kimi, Qazax rayonunda da akademik Zərifə Əliyevanın anadan olmasının 100 illik yubileyi silsilə tədbirlərlə qeyd edilir. 

Aprelin 28-də Qazax Rayon İcra Hakimiyyətinin və “Qazax Rayon Mərkəzi Xəstəxanası” Publik Hüquqi Şəxsin birgə təşkilatçılığı ilə akademik Zərifə Əliyevanın 100 illik yubileyinə həsr olunmuş “Oftalmologiya aləmində ən yüksək mükafata layiq görülmüş ilk qadın” mövzusunda tədbir keçirilib.

Mərkəzi Xəstəxananın akt zalında keçirilən tədbirdə Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov, icra aparatının məsul şəxsləri, Azərbaycan Respublikası Milli Məclisinin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidovun köməkçisi Akif Əmirov, Yeni Azərbaycan Partiyası Qazax Rayon Təşkilatının sədri Anar Nəbiyev, tibb işçiləri, KİV nümayəndələri iştirak ediblər.

Tədbir iştirakçıları əvvəlcə Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin və akademik Zərifə Əliyevanın həyat və fəaliyyətinə həsr olunmuş sərgi ilə tanış olublar.

Tədbirdə Ulu Öndər Heydər Əliyevin, akademik Zərifə Əliyevanın və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Sonda akademik Zərifə xanım Əliyevanın şərəfli həyat yolundan, elmi nailiyyətlərindən, ictimai xadim kimi əvəzsiz fəaliyyətlərindən bəhs edən videoçarx nümayiş olunmuşdur.

Keçidlər