Şriftin ölçüsü :

Saytın rəngi :

Qazaxda bir qrup dövlət qulluqçusu Peşə Bayramı Günü münasibətilə Fəxri Fərmanla təltif edilib

22 iyun 2024 | 18:23

İyunun 23-ü Azərbaycanda Dövlət Qulluqçularının Peşə Bayramı kimi qeyd olunur. Dövlət qulluqçularının peşə bayramı Respublika Prezidenti İlham Əliyevin 2006-cı il 25 may tarixli Sərəncamı ilə təsis edilib. Dövlət xidmətinin demokratik, hüquqi və dünyəvi dövlətin yaradılmasındakı rolu və BMT Baş Məclisi tərəfindən iyunun 23-nün Birləşmiş Millətlər Təşkilatının Dövlət Qulluğu Günü elan edilməsi nəzərə alınaraq, bu tarix Azərbaycanda dövlət qulluqçularının peşə bayramı günü elan edilib. Artıq 18 ildir ki, dövlət qulluqçuları bu günü özlərinin peşə bayramı kimi qeyd edirlər.

Respublikamızın hər yerində olduğu kimi, Qazaxda da 23 İyun - Dövlət Qulluqçularının Peşə Bayramı Günü qeyd olunub.

Əlamətdar gün münasibətilə Qazax Rayon İcra Hakimiyyətinin akt zalında keçirilən tədbirdə İcra başçısı Rəcəb Babaşov, aparatın məsul əməkdaşları, Qazax Rayon İcra Hakimiyyəti başçısının şəhər və kənd İnzibati Ərazi Dairələri üzrə nümayəndələri, müavinlər, digər əməkdaşlar, idarə, müəssisə, təşkilat rəhbərləri iştirak ediblər. 

Əlamətdar gündə bir qrup dövlət qulluqçusu 23 İyun - Dövlət Qulluqçularının Peşə Bayramı Günü münasibətilə əmək funksiyalarını yüksək peşəkarlıq səviyyəsində yerinə yetirdiklərinə görə Qazax Rayon İcra Hakimiyyəti başçısının Fəxri Fərmanı ilə təltif olunub. Qazax RİH başçısı aparatında Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdir müavini Hümbətov Azad Hümbət oğluna, şöbənin baş məsləhətçisi Həsənov Vüqar Ədalət oğluna, Memarlıq və tikinti şöbəsinin böyük məsləhətçisi Qurbanov Samir Nəriman oğluna, Hüquq şöbəsinin məsləhətçisi Alıcanov Aqil Məzahir oğluna, Qazax RİH başçısının Dəmirçilər kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəsi Mahmudova Gülnaz Fərhad qızına, Alpout kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyində baş məsləhətçi-baş mühasib İsmayılov Kamran Mikayıl oğluna, Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Qazax rayonu üzrə Maliyyə Şöbəsinin rəisiRzayev Elçin Həsən oğluna Qazax RİH başçısının Fəxri Fərmanları təqdim olunub.

Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov çıxış edərək dövlət qulluqçularını peşə bayramı münasibətilə təbrik edib, onlara uzun ömür, möhkəm cansağlığı, Respublika Prezidenti İlham Əliyevin müdrik rəhbərliyi altında səmərəli fəaliyyət arzulayıb.  Rayon rəhbəri Ulu Öndər Heydər Əliyevin Vətəninə, xalqına olan sevgisinin, Azərbaycan dövləti qarşısında olan misilsiz xidmətlərinin hər bir dövlət məmuruna nümunə olduğunu söyləyib. Ulu Öndər Heydər Əliyevin vətəndaşlara göstərdiyi qayğıdan söz açan rayon rəhbəri həmin qayğının, səmimi münasibətin bu gün onun layiqli davamçıları ölkə Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva tərəfindən olduğu kimi davam etdirildiyini bildirib. Rayon rəhbəri vurğulayıb ki, Azərbaycan dövlətinin sürətli inkişafı, dünyanın nüfuzlu iqtisadi qurumları tərəfindən tanınan nailiyyətləri, ilk növbədə, ölkə rəhbərliyinin həyata keçirdiyi ardıcıl və davamlı islahatların nəticəsidir və bu islahatların səmərəsini hər bir Azərbaycan vətəndaşı öz gündəlik həyatında hiss edir, əldə olunan uğurlardan bəhrələnir. Ölkə başçısı hər zaman vətəndaşların maddi və sosial rifah halının yaxşılaşdırılmasını daim diqqət mərkəzində saxlayır. Atılan hər bir addımda, həyata keçirilən layihələrdə yalnız və yalnız ölkə vətəndaşlarının xoş güzəranını düşünür. İcra başçısı qeyd edib ki, bu gün hər bir vətəndaş fəxr etməlidir ki, müstəqil, suveren, qalib Azərbaycan dövlətinin vətəndaşlarıyıq. Hər bir dövlət qulluğunda çalışan vətəndaşın da ən böyük vəzifəsi görülən işlərə qiymət vermək, ölkəmizdə yürüdülən siyasəti olduğu kimi dəstəkləmək və bu yolda ölkə rəhbərinin yanında olduğumuzu, həmrəylik nümayiş etdirdiyimizi göstərməliyik. Rayon rəhbəri bildirib ki, ölkə Prezidentinin dövlət qulluqçuları haqqında söylədiyi "Hər bir şəxs bilməlidir ki, dövlət qulluğunda olmaq imtiyaz deyil. Məsuliyyətdir. İnsanlara xidmət imkanıdır” fikrini hər bir dövlət qulluqçusu öz əməli işi ilə hər zaman doğrultmağa çalışmalıdır. Hər bir dövlət qulluqçusu üzərinə düşən məsuliyyəti dərk edərək vətəndaşlara, xalqa xidmət etməyi özünün həyat amalı, məqsədi hesab etməlidir. Vətəndaşların müraciətini, qayğısını özünün qayğısı hesab etməli, daim vətəndaş məmnunluğunu təmin etməlidir. İcra başçısı dövlətin, ölkə rəhbərinin vətəndaşlara olan qayğılarının hər bir dövlət məmuruna örnək olduğunu, Qazaxda bu amilin hər zaman əsas götürüldüyünü söyləyib. İcra başçısı hər zaman olduğu kimi, bundan sonra da vətəndaş amilini, vətəndaş məmnunluğunun təmin olunmasını əsas götürmələrini tövsiyə edib. 

Sonda Qazax Rayon İcra Hakimiyyətinin başçısı tərəfindən təltif olunan dövlət qulluqçularına Fəxri Fərmanlar təqdim edilib. 

Təltif olunan dövlət qulluqçuları onlara göstərilən diqqət və qayğıya, etimada görə rayon rəhbərliyinə dərin minnətdarlıqlarını bildirərək bundan sonra da ölkəmizin inkişafı naminə daha böyük səylə çalışacaqlarını qeyd ediblər.

Keçidlər