Şriftin ölçüsü :

Saytın rəngi :

Qazaxda daha 13 küçəyə ordenlə təltif olunan Vətən müharibəsi və ötən il sentyabrın 12-də düşmən təxribatının qarşısını alarkən şəhid olan qəhrəman oğulların adı verilib

05 aprel 2023 | 19:50

Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi altında rəşadətli Azərbaycan Ordusu 2020-ci ilin 27 sentyabrında başlayan İkinci Qarabağ müharibəsində tarixi Qələbə əldə etdi. Cəmi 44 gün davam edən Vətən müharibəsində şanlı Azərbaycan Ordusu Prezident İlham Əliyevin Ali Baş Komandanlığı ilə 30 ildən artıq davam edən erməni işğalına birdəfəlik son qoydu. Dövlət başçısının qətiyyəti, məğrur və yenilməz iradəsi, rəşadətli ordumuzun gücü, birliyimiz, həmrəyliyimiz sayəsində 44 gündə Azərbaycan bütün dünyaya necə güclü, qüdrətli bir dövlət olduğunu nümayiş etdirdi. "Qarabağ Azərbaycandır!” deyərək haqq savaşına çıxan igid Vətən oğulları qanları ilə əsl qəhrəmanlıq dastanı yazdılar.

2022-ci il sentyabrın 12-dәn etibarәn Ermәnistan silahlı qüvvәlәrinin törәtdiyi genişmiqyaslı tәxribatların qarşısının alınması zamanı da igid Vətən oğulları qəhrəmancasına döyüşərək adlarını hərb tariximizə qızıl hərflərlə əbədi həkk etdilər.

Azərbaycanın müstəqilliyi, torpaqlarımızın ərazi bütövlüyü uğrunda canından keçən igid Vətən oğullarının xatirəsi dövlətimiz tərəfindən hər zaman əziz tutulur. Şəhidlərimizə, onların ailə üzvlərinə olan qayğı həmişə yüksək səviyyədədir.

Respublikamızın hər yerində olduğu kimi, Qazax rayonunda da şəhidlərimizin adlarının əbədiləşdirilməsi istiqamətində məqsədyönlü işlər görülür. Hər kəsin üz tutduğu müqəddəs məkanda, şəhərin mərkəzində yerləşən Şəhidlər xiyabanında aparılan abadlıq işləri, şəhidlərimizin adı və şəkli əks olunmuş lövhənin vurulması bu istiqamətdə görülən işlərin bariz nümunəsidir.  

Həyata keçirilən nümunəvi işlərdən biri Qazax Tarix-Diyarşünaslıq Muzeyində Birinci və İkinci Qarabağ müharibəsi, eləcə də digər döyüşlər zamanı Vətən uğrunda canlarından keçən 344 nəfər şəhidin xatirəsinə yaradılmış guşədir. Muzeyin ikinci mərtəbəsində yaradılan bu guşə bu gün hər kəsin ziyarət etdiyi bir ünvandır.

Qazaxda bütün şəhidlərimizlə yanaşı, 44 günlük Vətən müharibəsində Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında adlarını hərb tariximizə və xalqımızın qəlbinə qanları ilə əbədi yazdıran igid oğullarımızın xatirəsi də daim əziz tutulur. 44 günlük savaşda qazandığımız tarixi nailiyyətə görə Ali Baş Komandana, onun rəhbərliyi altında bizləri Qələbə ilə sevindirən Azərbaycan Ordusunun əsgər və zabitlərinə, hərbçilərimizə, Vətən uğrunda sağlamlığını itirən qazilərimizə, canından keçən şəhidlərimizə bir ömür boyu minnətdar və borclu olduğumuz hər zaman xatırlanır. Ən əsası da minnətdar olmaqla yanaşı, Vətən uğrunda canlarından keçən şəhidlərimizin adlarını yaşatmaq, gələcək nəsillərə tanıtmaq, şəhidlərimizin ailələrinə sahib çıxmaq, onları daim yad etmək müqəddəs amal hesab edilir.

Qazax Rayon İcra Hakimiyyətinin təşəbbüsü və dəstəyi ilə "Göyəzən” qəzetinin baş redaktoru, şair-publisist Elçin İsmayıl tərəfindən Vətən müharibəsi şəhidlərinə həsr olunmuş "Qanları ilə dastan yazanlar" kitabının yazılması, Qazax Tarix-Diyarşünaslıq Muzeyində yaradılmış guşədə Vətən müharibəsi şəhidlərinin yer alması şəhidlərimizə olan hörmət və etiramın təcəssümüdür.

44 günlük Vətən müharibəsində qanları ilə tarix yazan igid oğullarımızın əziz xatirələrini əbədiləşdirmək üçün inşa olunan “Qarabağ Azərbaycandır!” Abidə Kompleksi də bu sahədə atılan nümunəvi addımlardan biridir. Şəhərin Nəriman Nərimanov küçəsində yaradılan bu Abidə Kompleksi müstəqil Azərbaycanın suverenliyi, torpaqlarımızın ərazi bütövlüyü uğrunda canından keçən qəhrəmanlarımızı gələcək nəsillərə tanıtmaq üçün görülən təqdirəlayiq işdir.

Vətən uğrunda canlarından keçən igid oğullarımızın adlarının əbədiləşdirilməsi istiqamətində görülən işlər bu gün də davam etdirilir.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 15 yanvar 1994-cü il tarixli 10 saylı Qərarı ilə təsdiq edilmiş “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi qaydaları”nın 3.1.2-ci, “Yerli icra hakimiyyətləri haqqında Əsasnamə”nin 4.11.17-ci bəndlərinə əsasən və RİH başçısı aparatı yanında fəaliyyət göstərən “Şəhid adlarının əbədiləşdirilməsi, inzibati ərazi vahidlərinə, yaşayış məntəqələrinə, küçə və meydanlara, idarə, müəssisə və təşkilatlara ad verilməsi və adlarının dəyişdirilməsi ilə əlaqədar yaradılmış Komissiya”nın 31.03.2023-cü il tarixli 01 saylı Protokolu nəzərə alınaraq müxtəlif adda ordenlə təltif olunmuş 10 nəfər Vətən müharibəsi və 3 nəfər ötən il sentyabrın 12-də düşmən təxribatının qarşısını alarkən şəhid olan qəhrəman oğulun adı əbədiləşdirilib.

Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov “Şəhid adlarının əbədiləşdirilməsi məqsədilə Qazax şəhərində mövcud olan adsız küçələrə şəhid olmuş şəxslərin adlarının verilməsi haqqında” 31 mart 2023-cü il tarixli 9-23/106 nömrəli Sərəncam imzalayıb.

Həmin Sərəncama əsasən şəhər ərazisində adsız olan 13 küçəyə - ötən il sentyabrın 12-də düşmən təxribatının qarşısını alarkən şəhid olan, sağlığında “Azərbaycan Bayrağı” ordeni, “Cəbrayılın azad olunmasına görə”, “Şuşanın azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə” medalları, ölümündən sonra 3-cü dərəcəli "Rəşadət" ordeni, "Vətən uğrunda" medalı ilə təltif olunmuş, Kəmərli kənd sakini, şəhid baş leytenant Kazımov Yunis Qasım oğlunun, Vətən müharibəsi şəhidləri, ölümündən sonra 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni, "Vətən uğrunda”, "Cəbrayılın azad olunmasına görə” medalları ilə təltif olunmuş, şəhid leytenant Nağıyev Murad Mayıl oğlunun, ölümündən sonra 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni, "Vətən uğrunda”, “Şuşanın azad olunmasına görə”, “Hərbi xidmətlərə görə”, “Füzulinin azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif olunmuş, Qazax şəhər sakini, şəhid tibb xidməti leytenantı Əfəndiyev Adil Qədir oğlunun, ölümündən sonra 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni, “Vətən uğrunda”, “Şuşanın azad olunmasına görə”, “Hərbi xidmətlərə görə”, “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif olunmuş, Daş Salahlı kənd sakini, şəhid leytenant Yaqubov Mayis Rəhim oğlunun, ötən il sentyabrın 12-də düşmən təxribatının qarşısını alarkən şəhid olan, sağlığında “Zəngilanın azad olunmasına görə” medalı, ölümündən sonra “Azərbaycan Bayrağı” ordeni, "Vətən uğrunda" medalı ilə təltif olunmuş, Kəmərli kənd sakini, şəhid baş gizir Məmmədov Azər Mustafa oğlunun, sağlığındaKəlbəcərin azad olunmasına görə”, “Şuşanın azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə”, “Döyüşdə fərqlənməyə görə”, “İgidliyə görə” medalları, ölümündən sonra “Azərbaycan Bayrağı” ordeni, "Vətən uğrunda" medalı ilə təltif olunmuş, Daş Salahlı kənd sakini, şəhd gizir Kərimov Azad Zakir oğlunun, Vətən müharibəsi şəhidləri ölümündən sonra 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni, “Vətən uğrunda”, “Şuşanın azad olunmasına görə”, “Döyüşdə fərqlənməyə görə” medalları ilə təltif olunmuş, Xanlıqlar kənd sakini, şəhid gizir Məmmədov Amid Müqabil oğlunun, ölümündən sonra 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni, "Vətən uğrunda”, "Cəbrayılın azad olunmasına görə”, "Füzulinin azad olunmasına görə”, “Cəsur döyüşçü” medalları ilə təltif olunmuş, Sofulu kənd sakini, şəhid gizir İsmayılov Tahir Niyazi oğlunun, ölümündən sonra 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni, “Vətən uğrunda”, “Döyüşdə fərqlənməyə görə”, “Füzulinin azad olunmasına görə” medalları ilə təltif olunmuş, Xanlıqlar kənd sakini, şəhid çavuş İsgəndərov Pərvin Pərviz oğlunun, ölümündən sonra 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni, “Vətən uğrunda”, “Döyüşdə fərqlənməyə görə”, “Şuşanın azad olunmasına görə” medalları ilə təltif olunmuş, Fərəhli kənd sakini, şəhid kiçik çavuş Məmmədov Əhməd Nazim oğlunun, ölümündən sonra 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni, "Vətən uğrunda”, "Döyüşdə fərqlənməyə görə”, "Füzulinin azad olunmasına görə” medalları ilə təltif olunmuş, Ağköynək kənd sakini, şəhid çavuş Nəsibov Elməddin Yusif oğlunun, ölümündən sonra 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni, “Vətən uğrunda”, “Döyüşdə fərqlənməyə görə”, "Füzulinin azad olunmasına görə” medalları ilə təltif olunmuş, Fərəhli kənd sakini, şəhid əsgər Daşdəmirov Elfak Eltun oğlunun, ölümündən sonra 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni, “Vətən uğrunda”, “Xocavəndin azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə”, “Şuşanın azad olunmasına görə”, “Cəsur döyüşçü”  medalları ilə təltif olunmuş, İkinci Şıxlı kənd sakini, şəhid əsgər Omarov Elmar Elvar oğlunun adı verilib.

Aprelin 5-də Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov küçə adları verilən şəhidlərimizin ailələri ilə görüşüb, igid Vətən oğullarının adlarını daşıyacaq küçələri diqqətə çatdırıb. Yeni adlandırılmış küçələrdə ünvan lövhələrinin yerləşdirilməsi, həmçinin yerlərdə əhalinin maarifləndirilməsi, eləcə də digər məsələlərin təmin edilməsi üçün aidiyyəti şəxslərə lazımi tapşırıqlar verildiyini bildirib.

İcra başçısı Vətən torpaqlarının ərazi bütövlüyü, Qarabağın azadlığı uğrunda canlarından keçmiş bütün şəhidlərimizin Azərbaycan xalqının qəlbində əbədi yaşayacağını vurğulayıb. 44 günlük haqq savaşında tarixi Qələbənin müəllifi olan Ali Baş Komandana, hərbçilərimizə, şəhidlərimizə, qazilərimizə borclu və minnətdar olduğumuzu qeyd edib. Vətən müharibəsində, eləcə də digər döyüşlərdə adlarını tarixə qızıl hərflərlə yazdıran şəhidlərimizin xatirəsinin Azərbaycan xalqı və qazaxlılar tərəfindən daim əziz tutulacağını söyləyib.

İcra başçısı ölkə Prezidenti İlham Əliyevin "Şəhidlərimizin, şəhid ailələrinin qarşısında baş əyirəm!” söyləməsinin, Birinci vitse-prezident Mehriban Əliyevanın "Qazlərimizin yarası bütün Azərbaycan xalqının, Azərbaycanın yarasıdır!” deməsinin bu gün ölkə vətəndaşı olaraq hər kəsə örnək və nümunə olduğunu vurğulayıb. Respublika Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevanın şəhidlərimizə, şəhid ailələrinə, qazilərimizə göstərdikləri qayğının Qazaxda da hər zaman nümunə götürüldüyünü bildirib. Şəhid ailələrinə göstərilən qayğının bundan sonra da olduğu kimi davam etdiriləcəyini qeyd edib. 

Vətən müharibəsi şəhidi leytenant Mayis Yaqubovun atası Rəhim Yaqubov çıxış edərək şəhid ailələri adından razılığını ifadə edib, qəhrəman övladlarının gələcək nəsillərə tanıdılması, adlarının əbədiləşdirilməsi istiqamətində atılan addımları yüksək qiymətləndirib. Şəhid ailəsi kimi ölkə Prezidenti İlham Əliyev, Birinci vitse-prezident Mehriban Əliyeva, eləcə də rayon rəhbərliyi tərəfindən hər zaman diqqət və qayğı ilə əhatə olunduğunu bildirib.

Məlumat üçün onu da qeyd edək ki, “Şəhid adlarının əbədiləşdirilməsi məqsədilə Qazax şəhərində mövcud olan adsız küçələrə şəhid olmuş şəxslərin adlarının verilməsi haqqında” Qazax Rayon İcra Hakimiyyəti başçısının 2 noyabr 2021-ci il tarixli 9-21/377 nömrəli Sərəncamına əsasən Qazax şəhərində olan 5 adsız küçəyə - Tovuz döyüşləri şəhidi 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordenli, şəhid mayor Namiq Əhmədovun, Vətən müharibəsi şəhidləri 3-cü dərəcəli “Rəşadət" ordenli, şəhid kapitan İmamverdi İsmayılovun, "Qarabağ" ordenli, şəhid baş leytenant Nəbi Hüseynovun, "Qarabağ" ordenli, şəhid gizir Anar Nağıyevin, "Azərbaycan Bayrağı" ordenli, şəhid baş çavuş İsmayıl Qəsəbovun adı verilib.

Qazax Rayon İcra Hakimiyyəti başçısının “Şəhid adlarının əbədiləşdirilməsi məqsədilə Qazax şəhərində mövcud olan adsız küçələrə şəhid olmuş şəxslərin adlarının verilməsi haqqında” 30 noyabr 2021-ci il tarixli 9-21/402 nömrəli Sərəncamla Qazax şəhəri ərazisində adsız olan 7 küçəyə - 3-cü dərəcəli “Rəşadət” ordenli,  şəhid kapitan Rövşən Pənahovun, “Azərbaycan Bayrağı” ordenli, şəhid baş leytenant Xaliddin Nəsibovun, 3-cü dərəcəli “Rəşadət” ordenli, şəhid leytenant Qismət Həməşəyevin, “Azərbaycan Bayrağı” ordenli, şəhid gizir Səbuhi Məmmədovun, 3-cü dərəcəli “Rəşadət” ordenli, şəhid gizir İlkin Şükürovun, “Azərbaycan Bayrağı” ordenli, şəhid kiçik gizir Röyal Mədətovun, “Azərbaycan Bayrağı” ordenli, şəhid əsgər Sakit Allahverdiyevin adı verilib.

Keçidlər