Qazaxda “Firidun Köçərli irsi: tədris və tədqiqatlarda mükəmməlliyin başlanğıcı” adlı konfrans keçirilib
27 yanvar 2026 | 19:19
Yanvarın 24-də ADA Universitetinin müəllim heyəti görkəmli maarifçi, ədəbiyyatşünas və pedaqoq Firidun bəy Köçərlinin irsini qeyd etmək məqsədilə tarixi Qazax Müəllimlər Seminariyasına qatarla səfər edib.
Səfər çərçivəsində təşkil olunan “Firidun Köçərli irsi: tədris və tədqiqatlarda mükəmməlliyin başlanğıcı” adlı konfransda iştirakçılar təhsildə innovasiyalar ətrafında fikir mübadiləsi aparıb, tədris və tədqiqat sahələrində gələcəyə dair perspektivləri müzakirə ediblər.
Ətraflı keçiddə: https://www.ada.edu.az/en/n/732







