Qazaxda icra başçısı bir qrup əməkdaşı Fəxri Fərmanla təltif edib
Cənab Prezident İlham Əliyevin, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın vətəndaşlara göstərdikləri dövlət qayğısı hər zaman onu söyləməyə əsas verir ki, ölkəmizdə bütün sahələrdə vətəndaş amilinə, vətəndaş məmnunluğuna üstünlük verilir. Prezident İlham Əliyevin səsləndirdiyi “Hər bir dövlət məmuru xalqa xidmət etməli, bu yüksək məsuliyyəti və etimadı doğrultmalıdır” dəyərli sözləri Qazax rayonunda da örnək götürülür.
Qazaxda ölkə Prezidentinin, eləcə də rayon rəhbərliyinin vətəndaş amilini əsas götürməsi hər bir dövlət məmuruna örnəkdir. Qazax Rayon İcra Hakimiyyəti ilə yanaşı, rayonda fəaliyyət göstərən idarə, müəssisə, təşkilat və xidmət sahələri tərəfindən də vətəndaşlar qəbul olunur, müraciətləri dinlənilir. Ölkə Prezidentinin, rayon rəhbərliyinin vətəndaşlara olan münasibətini əldə rəhbər tutan idarə, müəssisə, təşkilat və xidmət sahələri rəhbərləri, işçiləri öz işlərində dövlət-vətəndaş münasibətlərinin qorunmasını, dövlətin, ölkə rəhbərinin vətəndaşa olan qayğısını olduğu kimi çatdırmağı əsas götürürlər.
Ölkə Prezidentinin, Birinci vitse-prezidentin, eləcə də rayon rəhbərliyinin vətəndaşlara göstərdikləri dövlət qayğısını əldə rəhəbər tutan idarə, müəssisə, təşkilat və xidmət sahələri rəhbərləri bu qayğını öz əməli işlərində göstərirlər. Rayonda öz vəzifəsini layiqincə yerinə yetirən, əməli işləri ilə nümunə olan idarə, müəssisə və xidmət sahələri rəhbərlərinin olması isə qürurvericidir.
Martın 4-də Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov 2024-cü il ərzində əmək funksiyalarını yüksək səviyyədə yerinə yetirdiklərinə görə bir qrup əməkdaşı Fəxri Fərmanla təltif edib.
Qazax Rayon İcra Hakimiyyəti başçısı aparatında Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri, 3-cü dərəcəli Vətən müharibəsi əlili, 3-cü dərəcəli “Rəşadət” ordeni və “Füzulinin azad olunmasına görə” medalı ilə təltif edilmiş, ehtiyatda olan kapitan Çobanov Samir Natik oğlu, RİH başçısı aparatında aparıcı məsləhətçi-Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın uşaqlarla iş üzrə məsləhətçi-psixoloqu Cəfərova Kəmalə Ənvər qızı, Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin baş məsləhətçisi Bayramov Qərib Fazil oğlu, Memarlıq və tikinti şöbəsinin böyük məsləhətçisi Qurbanov Samir Nəriman oğlu, Qazax RİH başçısının Qazax şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyində aparıcı mütəxəssis Əmiraslanov Əmrullah Şəmistan oğlu, Qazax mənzil istismar sahəsində mühəndis Musayev Coşqun Şahmalı oğlu, Qazax şəhər kommunal müəssisələri kombinatında baş mühəndis Musayev Cavanşir Səməd oğlu, kombinatda təmizlik şöbəsinin müdiri Məmmədov Nizami Xəliddin oğlu Qazax Rayon İcra Hakimiyyəti başçısının Fəxri Fərmanı ilə təltif olunublar.
İcra başçısı Rəcəb Babaşov çıxış edərək müqəddəs Ramazan ayının başlanması və bugünkü Od çərşənbəsi münasibətilə səmimi ürək sözlərini çatdırıb. Rayon rəhbəri Fəxri Fərmanları sahiblərinə təqdim edərək çətin və məsuliyyətli işlərində onlara uğurlar arzulayıb.
“Hər bir dövlət məmurunun vəzifə borcu vətəndaşı qəbul edib onun müraciətini dinləmək, onlara layiqli xidmət göstərərək vətəndaş məmnunluğunu təmin etməkdir”, - deyən rayon rəhbəri dövlət başçısının vətəndaş məmnunluğunun təmin olunması ilə bağlı gördüyü işlərin hər bir dövlət məmuruna nümunə olduğunu bildirib. İcra başçısı istər RİH başçısı aparatında, istər idarə, müəssisə, təşkilat, istərsə də xidmət sahələrində çalışan rəhbərlərin, işçilərin dövlət məmuru olaraq vətəndaşlara, xüsusilə də şəhid ailələrinə, qazilərə, müharibə iştirakçılarına, məcburi köçkün ailələrinə, sərhəddə yaşayan sakinlərə qarşı bundan sonra da hər zaman qayğı ilə yanaşmalı, daim diqqət ayırmalı, qaldırılan hər bir məsələyə həssaslıqla baxmalı olduqlarını qeyd edib.
Fəxri Fərmanla təltif olunanlar onların əməyinə verilən qiymətə və ünvanlarına səslənən xoş sözlərə görə rayon rəhbərliyinə minnətdarlıqlarını bildiriblər. Bu təltifin üzərilərinə böyük məsuliyyət qoyduğunu qeyd edərək hər zaman olduğu kimi, bundan sonra da müstəqil Azərbaycanımızın, doğma Qazaxımızın inkişafı naminə rəhbərlik etdikləri kollektivlə birlikdə böyük səylə çalışacaqlarını, əllərindən gələni əsirgəməyəcəklərini söyləyiblər. Vətəndaşlara, o cümlədən şəhid ailələrinə, qazilərə, müharibə iştirakçılarına xüsusi qayğı ilə yanaşacaqlarını, diqqət ayıracaqlarını, qayğı göstərəcəklərini qeyd ediblər.