Qazaxda icra başçısı ötən gün çayda boğularaq dünyasını dəyişən yeniyetmənin hüzr mərasimində iştirak edib və ailəsinə başsağlığı verib
03 iyul 2026 | 21:16
İyulun 2-də Qazax rayonunun Bala Çaylı kənd sakini, 25.12.2012-ci il təvəllüdlü Sadıqov Murad Mehdi oğlu Coğaz çayında çimərkən boğularaq dünyasını dəyişib. M.Sadıqov bu gün doğulduğu Bala Çaylı kənd qəbiristanlığında dəfn edilib.
İyulun 3-də Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov icra aparatının məsul şəxsləri ilə birlikdə Bala Çaylı kəndində olub, yeniyetmənin hüzr mərasimində iştirak edib. İcra başçısı Rəcəb Babaşov məktəbli Murad Sadıqovun vəfatından kədərləndiyini bildirib, onun ailəsinə, yaxınlarına dərin hüznlə başsağlığı verib.







