Şriftin ölçüsü :

Saytın rəngi :

Qazaxda icra başçısı şəhid Məmməd Mərdanovun doğum günündə əziz xatirəsini ehtiramla anıb

18 fevral 2026 | 12:50

Mərdanov Məmməd Ələddin oğlu 18 fevral 1988-ci ildə Qazax rayonunun Xanlıqlar kəndində anadan olmuşdu. Bu gün isə o, Şəhidlik adlı uca bir məqama yüksəlib. M.Mərdanov 22 sentyabr 2021-ci il tarixdə Qazax rayonunun Barxudarlı və Sofulu kəndlərinə texnikası ilə yol açarkən minaya düşərək şəhid olub. Sentyabrın 23-də doğulub boya-başa çatdığı Xanlıqlar kənd qəbiristanlığında torpağa tapşırılıb. 

İki qız, bir oğul övladını bizlərə əmanət edərək uca zirvəyə yüksələn igid Vətən oğlunun bu gün cənnətdəki növbəti doğum günüdür. Yaşasaydı qəhrəman şəhidimizin bu gün 38 yaşı tamam olacaqdı. Qazaxda bütün şəhidlərimiz kimi, Şəhidlik zirvəsinə ucalan Məmməd Mərdanovun xatirəsi də daim əziz tutulur.  

Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov icra aparatının məsul işçiləri ilə birlikdə Xanlıqlar kəndində olub, şəhidimizin evində ailəsini ziyarət edərək əziz xatirəsini ehtiramla anıb.

İcra başçısı qeyd edib ki, nə qədər Azərbaycan xalqı var bütün şəhidlərimiz kimi, Məmməd Mərdanov da hər zaman yad olunacaq. Məmməd kimi oğullarımız daim qəlblərdə yaşayacaq. İgid Vətən oğullarının göstərdiyi igidlik, qəhrəmanlıq hər zaman xatırlanacaq, yaddaşlara əbədi həkk olunacaq. Bugünkü və gələcək nəsillər hər zaman Məmməd tək oğullarımızın cəsarətindən, qorxmazlığından örnək götürəcək.

Şəhid atası Ələddin Mərdanov şəhid ailəsi kimi hər zaman onlara göstərilən diqqət və qayğıya görə ölkə Prezidenti İlham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya və rayon rəhbərliyinə minnətdarlığını bildirib. Övladının doğum günündə onu yad etdikləri üçün rayon rəhbərliyinə razılığını ifadə edib. Şəhidimizin xatirəsinin əziz tutulmasını, ailəsinə sahib çıxılmasını, daim yad olunmasını Məmmədin timsalında bütün şəhid ailələrinə olan qayğının bariz nümunəsi kimi dəyərləndirib.

Mərdanov Məmməd Ələddin oğlu 18 fevral 1988-ci ildə Qazax rayonunun Xanlıqlar kəndində anadan olmuşdu. M.Mərdanov 22 sentyabr 2021-ci il tarixdə Qazax rayonunun Barxudarlı və Sofulu kəndlərinə texnikası ilə yol açarkən minaya düşərək Şəhidlik zirvəsnə yüksəlib. Sentyabrın 23-də doğulub boya-başa çatdığı Xanlıqlar kənd qəbiristanlığında torpağa tapşırılıb. Şəhidimizin 2 qız, 1 oğul övladı yadigar qalıb. Şəhidimizin doğulub boya-başa çatdığı Xanlıqlar kəndində adını əbədiləşdirən bulaq inşa olunub.

Keçidlər