Qazaxda icra başçısı yeni lift quraşdırılan şəhərin Heydər Əliyev prospekti 179 saylı doqquzmərtəbəli yaşayış binasında olub və görülmüş işlərlə maraqlanıb
Noyabrın 24-də Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov sözügedən çoxmənzilli yaşayış binasında olub, liftlərin quraşdırılması ilə bağlı görülmüş işlərlə yerində maraqlanıb. İşlərin keyfiyyətlə aparılmasını vurğulayan rayon rəhbəri aidiyyəti üzrə müvafiq tapşırıqlarını verib.
Rayon rəhbəri ilə səmimi söhbət edən bina sakinləri ölkəmizdə vətəndaşlara göstərilən qayğıya görə Prezident İlham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya bir daha dərin minnətdarlıqlarını bildiriblər. Sakinlər yaşadıqları binada olan liftlərin dəfələrlə rayon rəhbərliyi tərəfindən təmir olunsa da günün tələblərinə cavab vermədiyini, yenisi ilə əvəz edilməsinə böyük ehtiyac olduğunu vurğulayıblar. Dövlət başçısının lift təsərrüfatının maddi-texniki bazasının möhkəmləndirilməsi ilə əlaqədar imzaladığı müvafiq sərəncama əsasən qeyd edilən şəhərlər arasında Qazax rayonunun olmasını, yaşadıqları binanın liftlərinin yenisi ilə əvəz olunmasını ölkə Prezidentinin vətəndaşlara olan növbəti qayğısı kimi qiymətləndiriblər. Köhnə liftlərin yenisi ilə əvəz olunmasını, qısa vaxtda təhvil verilməsini yeni il qabağı bina sakinlərinə olan ən böyük töhfə kimi dəyərləndiriblər.







