Qazaxda "İnsan Hüquqları Aylığı" çərçivəsində maarifləndirici tədbir keçirilib
Məlum olduğu kimi, 18 iyun 1998-ci il tarixində Ulu Öndər Heydər Əliyev tərəfindən ilk "İnsan hüquqlarının müdafiəsinə dair Dövlət Proqramı" təsdiq olunmuş və insan hüquqlarının təmini dövlət siyasətinin əsas istiqamətlərindən biri kimi müəyyən edilmişdir. Bu mühüm təşəbbüsün davamı olaraq, Respublik Prezidenti İlham Əliyevin 2007- ci il 18 iyun tarixli Sərəncamı ilə 18 iyun tarixi ölkəmizdə İnsan Hüquqları Günü kimi təsis olunmuşdur. Bu əlamətdar gün insan hüquqlarının müdafiəsi sahəsində ölkəmizdə həyata keçirilən sistemli və ardıcıl tədbirlərin, beynəlxalq insan hüquqları standartlarına uyğun islahatların və bu sahədəki nailiyyətlərin təbliği baxımından xüsusi əhəmiyyət kəsb edir.
Ənənəvi olaraq, hər il olduğu kimi, qarşıdan gələn bu əlamətdar gün ərəfəsində insan hüquq və azadlıqlarının təbliği, vətəndaşların öz hüquqları barədə məlumatlılığının artırılması, insan hüquqlarının müdafiəsi sahəsində mövcud çağırışlara diqqət yetirilməsi, eləcə də insan hüquqlarının müdafiəsi sahəsində əldə olunmuş nailiyyətlər və qarşıda duran vəzifələr barədə ictimai məlumatlılıq səviyyəsinin yüksəldilməsi məqsədilə 18 may - 18 iyun tarixləri "İnsan Hüquqları Aylığı" elan edilmişdir. Bununla bağlı dövlət orqanlarında, bələdiyyələrdə, elm, təhsil, mədəniyyət, sosial xidmət, tibb, penitensiar müəssisələrdə, vətəndaş cəmiyyəti institutlarında, o cümlədən qeyri-hökumət təşkilatlarında, media subyektlərində, həmkarlar ittifaqları və digər aidiyyəti qurumlarda silsilə tədbirlər keçirilməkdədir.
Aylıq çərçivəsində həyata keçirilən tədbirlər barədə məlumatlar mütəmadi olaraq sosial şəbəkə hesablarında #İnsanHüquqlarıAylığı və #HumanRightsMonth həştəqləri ilə paylaşılır.
Respublikamızın hər yerində olduğu kimi, Qazaxda da 18 may - 18 iyun tarixlərinin "İnsan Hüquqları Aylığı" elan olunması ilə əlaqədar maarifləndirici tədbirlər təşkil olunur.
İyunun 4-də növbəti maarifləndirici tədbir Qazax rayon Aydın Məmmədov adına Qaymaqlı və Qazax rayon Aslanbəyli kənd tam orta məktəblərin müəllim-şagird kollektivinin iştirakı ilə keçirilib.
Tədbirdə Qazax Rayon İcra Hakimiyyəti başçısı aparatında İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini-dini qurumlarla işin təşkilatçısı Ceyhun Rüstəmov, RİH başçısı aparatında aparıcı məsləhətçi-Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın uşaqlarla iş üzrə məsləhətçi-psixoloqu Kəmalə Cəfərova, Qazax Rayon Polis Şöbəsində Təşkilat inspektoru Müşviq Mursaquliyev, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Tovuz şöbəsinin məsləhətçisi Eşqin Allahverənov, Qazax-Tovuz Regional Gənclər və İdman İdarəsinin İnzibati təşkilat sektorunun baş mütəxəssisi Osman Balcanov, adı çəkilən məktəblərin müəllim və şagirdləri iştirak ediblər.
Tədbirdə torpaqlarımızın azadlığı, ərazi bütövlüyü, ölkəmizin suverenliyi uğrunda canlarını fəda etmiş şəhidlərin, igid Vətən oğullarının əziz xatirəsi birdəqiqəlik sükutla yad edilib.
Qazax Rayon İcra Hakimiyyəti başçısı aparatında İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini-dini qurumlarla işin təşkilatçısı Ceyhun Rüstəmov tədbiri giriş sözü ilə açaraq iştirakçıları rayon rəhbərliyinin adından salamlayıb, səmimi ürək sözlərini çatdırıb. C.Rüstəmov bildirib ki, insan hüquq və azadlıqlarının müdafiəsi və təşviqi Azərbaycanın dövlət siyasətinin prioritet istiqamətlərindən biridir. Dövlət müstəqilliyimizin bərpasından sonra ölkəmizdə hüquqi dövlət quruculuğu sahəsində ardıcıl və kompleks islahatlar həyata keçirilmiş, bu istiqamətdə fundamental hüquqi baza formalaşdırılmışdır. Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə 1998-ci il 18 iyun tarixində təsdiq olunmuş ilk “İnsan Hüquqlarının Müdafiəsinə dair Dövlət Proqramı” bu sahədə strateji fəaliyyətin əsasını qoymuşdur. Bu mühüm sənədə əsaslanaraq, cənab Prezident İlham Əliyevin 2007-ci il tarixli Sərəncamı ilə 18 iyun ölkəmizdə rəsmi olaraq İnsan Hüquqları Günü kimi təsis edilmişdir və həmin tarix hər il geniş şəkildə qeyd olunur. Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) tərəfindən bu əlamətdar gün ərəfəsində ənənəvi olaraq 18 may – 18 iyun tarixləri “İnsan hüquqları aylığı” elan olunur. Aylıq çərçivəsində hüquq və azadlıqların təbliği, ictimaiyyətin hüquqi biliklərinin artırılması, insan hüquqları sahəsində mövcud çağırışların müzakirəsi və milli səviyyədə həyata keçirilmiş fəaliyyətlər ictimailəşdirilir. C.Rüstəmov xüsusilə 2025-ci ilin ölkəmizdə “Konstitusiya və Suverenlik İli” elan olunmasını nəzərə alınaraq, tədbirlərdə milli konstitusiya dəyərlərinin və qanunun aliliyinin təbliğinə xüsusi önəm verildiyini diqqətə çatdırıb.
Qazax Rayon İcra Hakimiyyəti başçısı aparatında aparıcı məsləhətçi-Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın uşaqlarla iş üzrə məsləhətçi-psixoloqu Kəmalə Cəfərova çıxış edərək keçirilən tədbirin əhəmiyyətindən söz açıb. K.Cəfərova ənənəvi olaraq hər il olduğu kimi, bu il də Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) tərəfindən “İnsan Hüquqları Aylığı” elan edilməsində əsas məqsədin cəmiyyətdə hüquq düşüncəsinin və hüquq mədəniyyətinin inkişaf etdirilməsi, insan hüquqlarının müdafiəsi sahəsində əldə olunmuş nailiyyətlər və qarşıda duran vəzifələr barədə ictimai məlumatlılıq səviyyəsinin yüksəldilməsi olduğunu vurğulayıb.
Qazax Rayon Polis Şöbəsində Təşkilat inspektoru Müşviq Mursaquliyev, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Tovuz şöbəsinin məsləhətçisi Eşqin Allahverənov, Qazax rayon Aslanbəyli kənd tam orta məktəbin hərbi müəllimi Ayaz Barıyev, Qazax rayon Aydın Məmmədov adına Qaymaqlı kənd tam orta məktəbin direktor əvəzi İradə Gürzalıyeva çıxış edərək mövzu ətrafında fikirlərini bölüşüblər. “İnsan hüquqları aylığı” çərçivəsində təşkil olunan tədbirlərin ölkəmizdə insan hüquqlarının təbliğində, eləcə də əhalinin müxtəlif qruplarının hüquqlarının müdafiəsində və onların problemlərinin həllində önəmli rol oynadığını qeyd edərək bugünkü tədbirin təşkilinə görə rayon rəhbərliyinə razılıqlarını ifadə ediblər. Tədbirdə çıxış edən natiqlər insan hüquq və azadlıqlarının təmin edilməsinin dövlətin ali məqsədi olduğunu və dövlətin hər kəsin hüquq və azadlıqlarının müdafiəsinə təminat verdiyini diqqətə çatdırıblar.
Qazax rayon Aydın Məmmədov adına Qaymaqlı kənd tam orta məktəbin 11-ci sinif şagirdləri Kərəm Yusifli və Hənifə İsmayılova çıxış edərək müstəqil, suveren, ən əsası da hüquqlarının müdafiə olunduğu bir ölkənin vətəndaşları, gəncləri olduqları üçün özlərini şanslı hesab etdiklərini dilə gətiriblər. Bu cür maarifləndirici tədbirlərin keçirilməsinə görə rayon rəhbərliyinə təşəkkür ediblər.
Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.