Şriftin ölçüsü :

Saytın rəngi :

Qazaxda növbəti qanvermə aksiyası keçirilib

05 may 2022 | 12:46

Mayın 5-də Respublika Milli Hematologiya və Transfuziologiya İnstitutu Mərkəzi Qan Bankının təşəbbüsü, Qazax Rayon İcra Hakimiyyətinin və Qazax Rayon Mərkəzi Xəstəxanasının birgə təşkilatçılığı ilə Qazax rayonunda növbəti qanvermə aksiyası keçirilib.

Qazax Rayon Mərkəzi Xəstəxanasında karantin qaydalarına uyğun təşkil olunan aksiyada Rayon İcra Hakimiyyətinin, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə, təşkilatların əməkdaşları, eləcə də rayon sakinləri iştirak edib.

Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri ilə birgə aksiyanın keçirildiyi Qazax Rayon Mərkəzi Xəstəxanasına gəlib və qan verib. 

Müxtəlif qan xəstəliklərindən əziyyət çəkənlərə köməklik məqsədilə keçirilən tədbirdə Bakı Mərkəzi Qan Bankının əməkdaşları qan vermək istəyən vətəndaşları müayinə edib və onlara məsləhətlər verdikdən sonra qanverməyə hazırlayıblar. 

Qazaxda mütəmadi olaraq keçirilən qanvermə aksiyası həmişə olduğu kimi bu dəfə də yüksək mütəşəkkillik şəraitində başlayıb və uğurla başa çatıb. Aksiya çərçivəsində qan vermək üçün mərkəzə 640 nəfər müraciət edib və onların 214 nəfərindən qan götürülüb.

Məlumat üçün qeyd edək ki, Respublika Mərkəzi Qan Bankının tibb işçiləri tərəfindən sağlamlıq imkanları əvvəlcədən müəyyənləşdirilən donorlardan toplanan qan ehtiyatı talassemiya, hemofiliya, eləcə də leykoz xəstəliyindən əziyyət çəkən xəstələr üçün istifadə olunacaq.

Keçidlər