Şriftin ölçüsü :

Saytın rəngi :

Qazaxda Prezident Administrasiyasının nümayəndəsi və İcra başçısı şəhərin Heydər Əliyev prospektində aparılan abadlıq işləri ilə tanış olublar

19 may 2025 | 22:14

Son illər Respublika Prezidenti İlham Əliyevin rəhbərliyi altında ölkəmizdə qəbul edilən regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramlarının uğurlu icrası sayəsində nəinki paytaxt Bakı, eləcə də bütün bölgələrdə genişmiqyaslı quruculuq işləri həyata keçirilir. Bunu son bir neçə ildə Qazaxda aparılan abadlıq işləri söyləməyə əsas verir. Ölkə rəhbərinin tapşırığına əsasən Qazax şəhərinin içməli su və tullantı su sistemlərinin yenidən qurulması layihəsinin icrasından sonra prospekt və küçələrin asfaltlanması, səkilərə yeni tamet, bardür düzülməsi, qaz, elektrik, rabitə xətlərinin səliqəyə salınması, küçələrin işıqlandırılması, çoxmənzilli yaşayış binalarının həyətində abadlıq işləri aparılaraq Abad məhəllə kimi sakinlərin istifadəsinə verilməsi söylədiklərimizin bariz nümunəsidir. 

Rayonda aparılan abadlıq işləri bu il də uğurla davam etdirilir. Bu gün Qazax böyük bir tikinti meydançasını xatırladır. Rayonda nəqliyyat vasitələrinin hərəkətinin yaxşılaşdırılması, vətəndaşların rahatlığını təmin etmək məqsədilə təqdirəlayiq işlər görülür. Şəhərin Nəsrəddin Tusi, şəhid Yunis Kazımov (Bakı küçəsindən M.Ə.Rəsulzadə küçəsinin kəsişməsinə kimi), Ağköynək kəndində Çərkəz İsmayılov və Cabir Hüseynov (Mehdi Hüseyn küçəsinin kəsişməsindən magistral yola kimi) küçələrinə yeni asfalt örtüyünün döşənməsi, şəhərin Nəriman Nərimanov yaşayış massivində aparılan abadlıq işləri, Qazax şəhəri Azadlıq küçəsində yerləşən 206A saylı binanın fasadında təmir işlərinin aparılması, Əliağa Şıxlinski küçəsində asfalt döşənməsindən əvvəl yol kənarında yerləşən obyekt və hasarlarda abadlıq işlərinin aparılması, Aslan Kəmərli küçəsində yeni səkilərin salınması, şəhərin Heydər Əliyev prospektində müasir işıqlandırma sisteminin quraşdırılması, səkilərin kənarına məhəcərlərin vurulması söylədiklərimizin əyani sübutudur.

Təqdirəlayiq haldır ki, şəhərin küçələri ilə yanaşı, çoxmənzilli yaşayış binalarının həyətində də səliqə-sahman yaradılır, nəqliyyat vasitələrinin və vətəndaşların rahatlığını təmin etmək məqsədilə bir sıra işlər görülür. Qazax Mənzil İstismar Sahəsinin balansında olan şəhərin Heydər Əliyev prospekti 127 və 158, Vidadi küçəsi 14 ünvanında yerləşən ikimərtəbəli yaşayış binalarının həyətlərinə, eləcə də Nəriman Nərimanov yaşayış massivində məhəllədaxili yollara yeni asfalt örtüyünün vurulması nəzərdə tutulub. 

Mayın 19-da Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov və Azərbaycan Respublikası Prezidenti Administrasiyasının məsul işçisi Elvin Azadəliyev şəhərin Heydər Əliyev prospektində aparılan abadlıq işləri ilə tanış olub. Rayon rəhbərliyi şəhərdə, o cümlədən prospektdə aparılan quruculuq işləri barədə məlumat verib. Hazırda prospektdə köhnə işıq dirəklərinin, elektrik lampalarının yenilənərək müasir işıqlandırma sisteminin quraşdırıldığını və yol kənarı səkilərin ətrafına yeni məhəcərlərin vurulduğunu qeyd edib.

Keçidlər