Şriftin ölçüsü :

Saytın rəngi :

Qazaxda qanvermə aksiyası keçirilib

07 iyul 2023 | 16:31

Dövlət rəhbərliyi tərəfindən talassemiyalı və hemofiliyalı xəstələrə xüsusi qayğı göstərilir. Respublika Prezidenti İlham Əliyev tərəfindən donorluğun və qan xidmətinin inkişafına dair xüsusi sərəncamlar imzalanmış və müvafiq qanunlar qüvvəyə minmişdir. 2005-ci il fevral ayının 8-də Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva Azərbaycanda “Talassemiyasız həyat naminə” proqramı layihəsinin başlanmasını elan etmişdir. Məhz bu səbəbdən ölkəmizin bütün bölgələrində mütəmadi olaraq qanvermə aksiyaları təşkil olunur.

İyulun 7-də “Milli Hematologiya və Transfuziologiya Mərkəzi” Publik Hüquqi Şəxsin, Qazax Rayon İcra Hakimiyyətinin, “Qazax Rayon Mərkəzi Xəstəxanası” Publik Hüquqi Şəxsin və Milli Hematologiya və Transfuziologiya Mərkəzinin Mərkəzi Qan Bankının birgə təşkilatçılığı ilə Qazax rayonunda növbəti qanvermə aksiyası keçirilib.

Qazax Rayon Mərkəzi Xəstəxanasında təşkil olunan aksiyada Rayon İcra Hakimiyyətinin, idarə, müəssisə və təşkilatların əməkdaşları, eləcə də rayon sakinləri iştirak edib.

Qazax Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Məmməd Alıyev aksiyanın keçirildiyi Qazax Rayon Mərkəzi Xəstəxanasında olub, Milli Hematologiya və Transfuziologiya Mərkəzinin Mərkəzi Qan Bankının həkim-terapevtləri Günel Mehdiyeva və Tahirə Şahverdiyeva, eləcə də digər əməkdaşlarla görüşüb. Rayon rəhbərliyinin adından salamlayaraq səmimi ürək sözlərini çatdırıb. Qazaxda təşkil olunan qanvermə aksiyasına görə razılığını ifadə edib.

Milli Hematologiya və Transfuziologiya Mərkəzinin Mərkəzi Qan Bankının əməkdaşları qan donorluğunun təşkilatçılığında fəal iştirakına və verdiyi dəstəyə görə Qazax Rayon İcra Hakimiyyətinin rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.

Müxtəlif qan xəstəliklərindən əziyyət çəkənlərə köməklik məqsədilə keçirilən tədbirdə Milli Hematologiya və Transfuziologiya Mərkəzinin Mərkəzi Qan Bankının əməkdaşları qan vermək istəyən vətəndaşları müayinə edib və onlara məsləhətlər verdikdən sonra qanverməyə hazırlayıblar. 

Keçidlər