Şriftin ölçüsü :

Saytın rəngi :

Qazaxda “Şəhərsalma və Memarlıq İli” ilə əlaqədar ağacəkmə aksiyası keçirilib

13 mart 2026 | 15:33

Respublika Prezidenti İlham Əliyevin 22 dekabr 2025-ci il tarixli Sərəncamına əsasən 2026-cı il Azərbaycan Respublikasında “Şəhərsalma və Memarlıq İli” elan olunub. 

Respublikamızın hər yerində olduğu kimi, Qazax rayonunda da “Şəhərsalma və Memarlıq İli”nə həsr olunmuş silsilə tədbirlər keçirilməkdədir.

Martın 13-də Qazax Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə 2026-cı il “Şəhərsalma və Memarlıq İli” çərçivəsində ağacəkmə aksiyası keçirilib.

Keçirilən aksiyada Qazax şəhəri Heydər Əliyev prospekti boyunca 500 ədəd eldar şamı ağacı əkilib.

Aksiyada Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov, icra aparatının məsul əməkdaşları, Yeni Azərbaycan Partiyası Qazax rayon Təşkilatının sədri Anar Nəbiyev, idarə, müəssisə və təşkilatların əməkdaşları, Qazax Rayon İcra Hakimiyyəti yanında Gənclərin Yerli Məşvərət Şurasının üzvləri, könüllülər, KİV nümayəndələri iştirak ediblər. 

2026-cı il “Şəhərsalma və Memarlıq İli” çərçivəsində keçirilən aksiyanın əsas məqsədi şəhərdə daha sağlam və dayanıqlı şəhər mühitinin formalaşması və ətraf mühitin qorunması məqsədilə tədbirlər görülməsi, yaşıllıq  zolaqlarının salınmasıdır.

Keçidlər