Şriftin ölçüsü :

Saytın rəngi :

Qazaxda səyyar görüş zamanı qaldırılan daha bir məsələ müsbət həllini tapıb

01 fevral 2023 | 19:48

Ölkəmizdə dövlət siyasətinin əsasında vətəndaş amili, vətəndaş məmnunluğu dayanır. Ölkə Prezidenti İlham Əliyevin, Birinci vitse-prezident Mehriban Əliyevanın xalqın, vətəndaşların arasında olmaları, onların müraciətlərini, istəklərini dinləmələri bunun əyani sübutudur. Bu, eyni zamanda bütün dövlət məmurlarına nümunədir.

Vətəndaş amili, ölkə başçısının rəhbər vəzifəli şəxsləri qəbul edən zaman dövlət məmurlarına daim vətəndaşlarla təmasda olmaları, bütün kəndləri gəzmələri, kənd camaatı ilə görüşmələri, vətəndaşların ərizə və müraciətlərinə, onları narahat edən problemlərə həssaslıqla yanaşılması barədə aidiyyəti üzrə verdiyi tapşırıq və tövsiyələr Qazax rayonunda da hər zaman örnək götürülür. Rayonda həyata keçirilən bütün işlərdə vətəndaş məmnunluğunun təmin edilməsinə üstünlük verilir. Rayon rəhbərinin vətəndaşlara göstərdiyi qayğı, sakinlərin qaldırdıqları hər bir məsələyə daim həssaslıqla yanaşması bu dediklərimizin bariz nümunəsidir. 

Yanvarın 26-da rayonun Qazaxbəyli kəndində vətəndaşlarla keçirilən səyyar görüş zamanı kənd sakini, 3-cü dərəcəli Vətən müharibəsi əlili Rəhimov Fəqan Fazil oğlunun yaşadığı evin yaxınlığında yerləşən 400 KVA transformatorun ətrafına dəmir torun çəkilməsi ilə bağlı müraciəti barədə məlumat vermişdik. Bu gün Fəqan Rəhimovun müraciətinin müsbət həllini tapması, Qazax Elektrik Şəbəkəsi tərəfindən sözügedən transformatorun ətrafına dəmir torun çəkilməsi dövlətin vətəndaşlara olan növbəti qayğısıdır. Ən əsası da bu onu göstərir ki, səyyar görüşlərin keçirilməsinin arxasında vətəndaş məmnunluğu dayanır və bu, bundan sonra da belə olacaq. 

Qazi Fəqan Rəhimov, eləcə də kənd sakinləri onlara göstərilən qayğıya və müraciətlərinə operativ şəkildə baxılmasına görə ölkə Prezidenti İlham Əliyevə, rayon rəhbərliyinə minnətdarlıqlarını bildirirlər.

Keçidlər