Şriftin ölçüsü :

Saytın rəngi :

Qazaxda səyyar görüş zamanı qaldırılan daha bir məsələ müsbət həllini tapıb

21 may 2025 | 11:31

Bu gün ölkəmizdə dövlət siyasətinin əsasında vətəndaş amili, vətəndaş məmnunluğu dayanır ki, bu, hər bir dövlət məmurunun iş fəaliyyətinin tərkib hissəsi olmalıdır. Ölkə Prezidenti İlham Əliyevin, Birinci vitse-prezident Mehriban Əliyevanın xalqın, vətəndaşların arasında olmaları, onların müraciətlərini, istəklərini dinləmələri bütün dövlət məmurlarına nümunədir.

Vətəndaş amili, ölkə başçısının rəhbər vəzifəli şəxsləri qəbul edən zaman dövlət məmurlarına daim vətəndaşlarla təmasda olmaları, bütün kəndləri gəzmələri, kənd camaatı ilə görüşmələri, vətəndaşların ərizə və müraciətlərinə, onları narahat edən problemlərə həssaslıqla yanaşılması barədə aidiyyəti üzrə verdiyi tapşırıq və tövsiyələr Qazax rayonunda da hər zaman örnək götürülür. Rayonda həyata keçirilən bütün işlərdə vətəndaş məmnunluğunun təmin edilməsinə üstünlük verilir. Rayon rəhbərinin vətəndaşlara göstərdiyi qayğı, sakinlərin qaldırdıqları hər bir məsələyə daim həssaslıqla yanaşması bu dediklərimizin bariz nümunəsidir. 

Mayın 8-də rayon rəhbərliyinin Kosalar kəndində vətəndaşlarla keçirilən səyyar görüşü zamanı kənd sakinlərinə məxsus pay torpaq sahələrinə gedən yolların texnika vasitəsi ilə hamarlanması barədə müraciət etdiklərini qeyd etmişdik.

Artıq sözügedən həmin yolda cari təmir işlərinin aparılması, yolun texnika vasitəsi ilə hamarlanması və xırlanması, sakinlərin müraciətinin müsbət həllini tapması dövlətin vətəndaşlara olan növbəti qayğısıdır. Ən əsası da bu onu göstərir ki, səyyar görüşlərin keçirilməsinin arxasında vətəndaş məmnunluğu dayanır və bu, bundan sonra da belə olacaq. 

Kənd sakinləri onlara göstərilən qayğıya və müraciətlərinə baxılmasına görə ölkə Prezidenti İlham Əliyevə, rayon rəhbərliyinə minnətdarlıqlarını bildirirlər.

Keçidlər