Şriftin ölçüsü :

Saytın rəngi :

Qazaxda tibb işçiləri ilə görüş keçirilib

23 sentyabr 2022 | 20:15

Sentyabrın 23-də Qazax Rayon Mərkəzi Xəstəxanasında payız-qış aylarında əhali arasında yoluxucu xəstəliklərin artmasının qarşısının alınması istiqamətində maarifləndirmə tədbirlərinin görülməsi üçün tibb işçiləri ilə görüş keçirilib.

Qazax Rayon İcra Hakimiyyəti başçısının müavini-İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Gulaya Həsənovanın, RİH başçısı aparatında  Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Adil Vəliyevin, Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin parazitoloji laboratoriyanın müdiri Yeganə Əhmədovanın, həkim parazitoloq Ədalət Rüstəmovun, Qazax Rayon Mərkəzi Xəstəxanası Publik Hüquqi Şəxsin inzibati işlər üzrə direktor müavini Kavı Məmmədovun, sahə həkimlərinin iştirakı ilə keçirilən tədbirdə yoluxucu xəstəliklərin artmasının qarşısını almaq üçün onların vaxtında aşkar edilib aidiyyəti tədbirlərin görülməsinin vacib məsələlərdən biri olduğu qeyd edilib. Bildirilib ki, adətən payız-qış aylarında mövsümi xəstəliklər artır, respirator viruslar çoxalır. Yeni növ koronavirus (COVID-19) infeksiyası yayılandan sonra da infeksion xəstəliklərə yoluxmamaq qaçılmazdır. Belə ki, havaların soyuması ilə əlaqədar olaraq immun sisteminin aşağı düşməsi, virusun yoluxuculuq qabiliyyətinin artması infeksion xəstəliklərin yüksəlməsinə səbəb olur. Bunun üçün əhalinin bir sıra yoluxucu xəstəliklərə qarşı müntəzəm olaraq maarifləndirilməsinin əhəmiyyəti vurğulanıb. Sözügedən mövuzu ətrafında geniş müzakirə aparılıb. Əhalinin mövsümlə əlaqədar yoluxucu xəstəliklərə qarşı maarifləndirilməsi istiqamətində görülməsi nəzərdə tutulan işlərlə bağlı aidiyyəti üzrə müvafiq tapşırıqlar verilib.

Keçidlər