Şriftin ölçüsü :

Saytın rəngi :

Qazaxın kəndlərində su problemi həll olunur

15 sentyabr 2022 | 12:00

Ölkəmizdə həyata keçirilən dövlət siyasətinin təməlində vətəndaş məmnunluğu dayanır. Görülən işlər, atılan addımlar, icra olunan layihələr bir daha onu deməyə əsas verir ki, dövlət hər zaman öz vətəndaşının yanındadır. 

Prezident İlham Əliyevin verdiyi bütün tapşırıq və tövsiyələr vətəndaşların sosial-məişət şəraitinin yaxşılaşdırılmasına, qaldırılan məsələlərin, edilən müraciətlərin müsbət həllini tapmasına xidmət edir. Elə Qazax rayonunun Dəmirçilər və Bala Çaylı kəndlərinin su təchizatının yaxşılaşdırılması istiqamətində həyata keçirilən tədbirlər də bu məqsədi daşıyır.
 Bu günlərdə adları çəkilən kəndlərdə yaşayan sakinlərin içməli su təminatının yaxşılaşdırılması istiqamətində görüləcək işlərlə bağlı aidiyyəti şəxslərin və kənd sakinlərinin iştirakı ilə müzakirə aparılmışdır. Bu kəndlərdə, eləcə də Çaylı, Ürkməzli, Daş Salahlı kəndlərində su probleminin köklü şəkildə öz müsbət həllini tapması üçün görüləcək işlərlə bağlı təkliflər dinlənilmişdir. Sonda ümumi rəyə əsasən suyun çəkilişi üçün tapşırıqlar verilmişdir. 

Kəndlərdə əhalinin içməli suya olan tələbatının ödənilməsi istiqamətində görüləcək işləri kənd sakinləri də razılıqla qarşılamışlar. Onlar göstərilən diqqətə, qayğıya görə dövlət başçısına  minnətdarlıqlarını bildirmişlər. 

Sabir ƏLİYEV,
"Azərbaycan"
 qəzetinin bölgə müxbiri 

15 sentyabr 2022-ci il

Keçidlər