Şriftin ölçüsü :

Saytın rəngi :

Qazaxın sərhəd kəndində həkim məntəqəsi əsaslı təmir olunub

11 yanvar 2023 | 11:41

Qazax rayonunun sərhəd kəndi olan Qaymaqlıda Beynəlxalq Qızıl Xaç Komitəsi (BQXK) tərəfindən əsaslı şəkildə təmir olunan həkim məntəqəsi sakinlərin istifadəsinə verilmişdir.
Bu münasibətlə təşkil olunmuş tədbirdə rayon rəhbərliyi, BQXK və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) nümayəndələri, eləcə də "Qazax Rayon Mərkəzi Xəstəxanası" Publik Hüquqi Şəxsin əməkdaşları, şəhid ailələri, müharibə əlilləri, kənd ağsaqqalları və ziyalılar iştirak etmişlər.  
Açılışda Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov çıxış edərək sərhəd kəndi olan Qaymaqlıda həkim məntəqəsinin əsaslı şəkildə yenidən qurulmasını kənd sakinlərinə və məntəqədə çalışan işçilərə ən böyük hədiyyə olduğunu diqqətə çatdırmışdır. Beynəlxalq Qızıl Xaç Komitəsinin Qazaxda həyata keçirdiyi layihələrin ictimaiyyət tərəfindən yüksək qiymətləndirildiyini qeyd edən RİH-in başçısı buna görə BQXK-nin rəhbərliyinə kənd sakinləri adından minnətdarlığını bildirmişdir.

Beynəlxalq Qızıl Xaç Komitəsi Bərdə Alt nümayəndəliyinin məsul əməkdaşı Valeria Gemello tədbir iştirakçılarını salamlayaraq səhiyyə ocağının təmirdən sonra sakinlərin istifadəsinə verilməsindən məmnun olduğunu qeyd etmiş, təmir müddətində göstərilən dəstəyə görə əməyi keçən insanlara təşəkkür etmişdir.

Sonra TƏBİB-in Koordinasiya şöbəsinin əməkdaşı Mahiyyəddin Mirzəyev Beynəlxalq Qızıl Xaç Komitəsinin Azərbaycan nümayəndəliyinin, eləcə də Bərdə və Ağdam ofislərinin fəaliyyətə başladıqları gündən bir sıra gərəkli layihələrə imza atdığını qeyd etmiş, indiyədək ölkə üzrə 6 həkim məntəqəsini, o cümlədən Qazax rayonunda daha iki məntəqəni əsaslı şəkildə təmir etdiklərini diqqətə çatdırmışdır.  

Tədbir iştirakçıları məntəqədə yaradılan şəraitlə tanış olmuşlar.

 

Sabir ƏLİYEV,
 "Azərbaycan"
 qəzetinin bölgə müxbiri

11 yanvar 2023-cü il

Keçidlər