Şriftin ölçüsü :

Saytın rəngi :

Qazax şəhəri Nəriman Nərimanov yaşayış massivində yerləşən daha bir neçə ikimərtəbəli binanın həyətinə asfalt örtüyü vurulub

16 fevral 2023 | 16:30

Son illər Prezident İlham Əliyevin rəhbərliyi altında "Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqram”larına uyğun olaraq paytaxt Bakıda, o cümlədən respublikamızın bölgələrində genişmiqyaslı quruculuq işləri aparılır. Son dövrlər Qazaxda aparılan abadlıq işləri, xüsusilə də ölkə başçısının tapşırığına əsasən "Azərsu” ASC tərəfindən Qazax şəhərinin içməli su və tullantı su sistemlərinin yenidən qurulması layihəsinin icrasından sonra prospekt və küçələrin asfaltlanması, səkilərə yeni tamet, bardür düzülməsi, qaz, elektrik, rabitə xətlərinin səliqəyə salınması bu dediklərimizin bariz nümunəsidir. 

Şəhərin Heydər Əliyev prospektində, Molla Pənah Vaqif, Səməd Vurğun, Azadlıq, Zeynalabdin Tağıyev, Murtuz Carçıyev, Əminə Dilbazi, Molla Vəli Vidadi, Hüseyn Arif, Məmməd Əmin Rəsulzadə, Əhməd Seyidov, Mehdi Hüseyn, Bakı, Firuddin Şamoyev, Əliağa Şıxlinski küçələrinə çəkilişdən sonra yeni asfalt örtüyü vurulub. Bundan əlavə, şəhərin Nəriman Nərimanov yaşayış massivində yerləşən 1,2,3,49 saylı, Heydər Əliyev prospektində yerləşən 61A,63,65,81,83,175,179 saylı, Azadlıq küçəsində yerləşən 31A,92,107,208,208A saylı, Şəhidlər Xiyabanı küçəsində yerləşən 12,14,25,27 saylı, Əliağa Şıxlinski küçəsində yerləşən 4,5, Ələddin Qədirov küçəsində yerləşən 2,3,4 saylı, Hüseyn Arif küçəsində yerləşən "Hərbi şəhərcik” adlanan yaşayış massivində hərbçi ailələrinin yaşadığı 2,3,4,5 saylı çoxmənzilli yaşayış binalarının həyətində abadlıq işləri aparılaraq "Abad məhəllə” kimi sakinlərin istifadəsinə verilib.

Təqdirəlayiq haldır ki, rayonda aparılan abadlıq-quruculuq işləri bu il də uğurla davam etdirilir. Şəhərin küçələrində, eləcə də çoxmənzilli yaşayış binalarının həyətində səliqə-sahman yaradılır, nəqliyyat vasitələrinin və vətəndaşların rahatlığını təmin etmək məqsədilə bir sıra işlər görülür. 

Şəhərin Nəriman Nərimanov yaşayış massivində (Su-16) yerləşən, Qazax Mənzil İstismar Sahəsinin balansında olan 42,43,44,45,46,47,48 saylı ikimərtəbəli binaların həyətində abadlıq işləri aparılaraq yeni asfalt örtüyü vurulub. Nəriman Nərimanov yaşayış massivində (Su-15) yerləşən, MİS-in balansında olan 22,23,24,25,26,27 saylı ikimərtəbəli binaların həyətlərinə də yeni asfalt örtüyü çəkilib.

Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov icra aparatının məsul şəxsləri ilə birlikdə şəhərin Nəriman Nərimanov yaşayış massivində (Su-15) yerləşən ikimərtəbəli yaşayış binalarının həyətində görülmüş işlər və asfalt örtüyünün vurulması ilə yerində tanış olub. Rayon rəhbəri işlərin keyfiyyətlə aparılmasını qeyd edərək aidiyyəti üzrə müvafiq tapşırıqlarnı verib. 

Keçidlər