Şriftin ölçüsü :

Saytın rəngi :

Qəbiristanlıqlarda keçirilən iməcilik işləri bu gün də davam etdirilib

21 may 2023 | 18:20

Qazax rayonunda şəhər və kənd qəbiristanlıqlarında iməciliklərin keçirilməsi artıq bir ənənə halını alıb. İstər bayram ərəfələrində, istərsə də adi günlərdə bütün qəbiristanlıqlarda iməcilik keçirilir. 

20-21 may tarixlərində şəhər və kənd qəbiristanlıqlarında növbəti iməclik aksiyası keçirilib. İməcilik zamanı qəbiristanlıqların içərisində və ətrafında təmizlik, abadlıq işləri aparılıb, səliqə-sahman yaradılıb. Ərazi iri otlardan, kol-kosdan təmizlənib, ehtiyac olan yerlərdə qəbiristanlıqların ətrafına yeni dəmir tor çəkilib, giriş qapıları rənglənib.

Onu da qeyd edək ki, iməcilik işləri mütəmadi olaraq davam etdiriləcəkdir.

Keçidlər