Şriftin ölçüsü :

Saytın rəngi :

Qədirbilən xalqımız hər zaman öz böyük oğlunun xatirəsini dərin hörmət və ehtiramla yad edəcək

09 dekabr 2022 | 19:40

Heydər Əliyev və dövrü Azərbaycan xalqının ən şanlı tarixidir. XX əsrin son 30 ili və XXI əsrin başlanğıcında Azərbaycana rəhbərlik xalqımızın böyük oğlu Heydər Əliyevin adı ilə bağlıdır. Məhz Dahi şəxsiyyət Heydər Əliyevin müdrik siyasəti nəticəsində həmin dövrlər tariximizə böyük bir epoxa kimi yazıldı. Heydər Əliyev hakimiyyət ustadı, qətiyyətli dövlət başçısı, müdrik siyasətçi, Vətənini və millətini hədsiz məhəbbətlə sevən bir insan olaraq hər bir azərbaycanlının qəlbində əbədi bir işıq yandırdı. Onun fəal diplomatiyası nəticəsində dünyanın demokratik dövlətlərinin ölkəmizə münasibəti dəyişdi. Heydər Əliyevin parlaq siyasi zəkası sayəsində iki əsrin və iki minilliyin qovuşuğundakı Azərbaycan üçüncü minilliyə inamla qədəm qoydu. Heydər Əliyev yeni Azərbaycanın qurucusudur. Qədirbilən xalqımız hər zaman öz böyük oğlunun xatirəsini dərin hörmət və ehtiramla yad edəcək.

Ümummilli Lider Heydər Əliyevin anım günü ilə əlaqədar Qazax Rayon Heydər Əliyev Mərkəzində təşkil edilən tədbirlər, ziyarətlər bu gün də davam edib.

Dekabrın 9-da "28 nömrəli Yol İstismarı" MMC-nin, Qazax Şəhər Kommunal Müəssisələri Kombinatının, Qazax Peşə Liseyinin, Qazax Rayon Uşaq-Gənclər İnkişaf Mərkəzinin, Azərbaycan Respublikası "Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyi”nin Qazax rayon filialının, “Azərbaycan Respublikası Milli Qəhrəmanlarını Tanıtma İctimai Birliyi”nin Qazax rayon filialının, Qazax Rayon Mərkəzi Xəstəxanası Publik Hüquqi Şəxsin, Bala Çaylı kənd kitabxanasının, Aşağı Salahlı kənd diyarşünaslıq evinin, “Azərpoçt” MMC-nin Qazax Poçt filialının, Gənclərin İnkişaf və Karyera Mərkəzinin Qazax nümayəndəliyinin,  “Qazax Gənclər Evi” Sosial Xidmət müəssisəsinin rəhbər və əməkdaşları, Bakı Dövlət Universitetinin Qazax filialının və Qazax Dövlət Sosial-İqtisadi Kollecinin direktoru və pedaqoji heyəti, tələbələri, Qazax şəhər Namiq Vəliyev adına 5 nömrəli tam orta məktəbin, Qazax şəhər Firuddin Şamoyev adına 4 nömrəli tam orta məktəbin, Araz Əmilov adına Daş Salahlı kənd 1 nömrəli tam orta məktəbin, Aslanbəyli kənd tam orta məktəbin müəllim və şagirdləri Ulu Öndərin abidəsini ziyarət edib, adını daşıyan Muzeydə Heydər Əliyevin həyat və siyasi fəaliyyətindən bəhs edən mühazirələr dinləyib, filmlərə baxıblar.

Qeyd olunub ki, azərbaycançılıq Azərbaycan xalqının tarixi və milli sərvətidir. Bu sərvəti özümüzə qaytaran böyük dövlət adamı Heydər Əliyevdir. Azərbaycan xalqı nə qədər Heydər Əliyevə təşəkkür etsə azdır. Millətin məhəbbətini qazanmış Ümummilli Lider Heydər Əliyev Azərbaycan xalqının yaddaşında qurucu və xilaskar dövlət xadimi kimi əbədi olaraq yaşayacaqdır.

Keçidlər