Qərbi Azərbaycan İcmasının növbəti maarifləndirmə tədbiri Qazaxda keçirilib
Mayın 2-də Qazax Rayon İcra Hakimiyyətinin və Qərbi Azərbaycan İcmasının birgə təşkilatçılığı ilə Qərbi Azərbaycan İcmasının təşkilatlanma işlərinin həyata keçirilməsi, Qayıdış konsepsiyasının müddəalarının izahı, Qərbi Azərbaycanın tarixi, coğrafiyası və icmanın fəaliyyəti barədə gənclərin məlumatlandırılması məqsədilə maarifləndirici tədbir keçirilib.
Qazax Ədəbiyyat Muzeyində keçirilən tədbirdə Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov, icra aparatının məsul şəxsləri, Qərbi Azərbaycan İcmasının aparat rəhbəri Qalib Qasımov, Qərbi Azərbaycan İcmasının Qazax-Ağstafa üzrə nümayəndəsi Əbülfəz Qafarov, nümayəndə köməkçisi Elçin Kərimov, Qərbi Azərbaycan İcmasının Qəmərli rayonu üzrə Gənclər Təşkilatının sədri Rəna Qəfərova, Qazax-Ağstafa rayonları üzrə Gənclər Təşkilatının sədri İsmayıl Bayramov, Baş idarənin əməkdaşı Oruc Alıyev, icma üzvləri Samir Qafarov, Qəhrəman Qafarov, Qazax şəhərində, rayonun Xanlıqlar və Cəfərli kəndlərində yaşayan qərbi azərbaycanlılar, Bakı Dövlət Universitetinin Qazax filialının, Qazax Dövlət Sosial-İqtisadi Kollecin müəllim və tələbələri, KİV nümayəndələri iştirak ediblər.
Tədbirdə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Ümummilli Lider Heydər Əliyevin və Vətənimizin ərazi bütövlüyü uğrunda canlarından keçən Şəhidlərin əziz xatirəsi dərin ehtiramla birdəqiqəlik sükutla yad edilib.
Tədbirin aparıcısı, Qazax Dövlət Dram Teatrının aktyoru Yusif Qoca çıxış edərək iştirakçıları salamlayıb, keçirilən tədbirin əhəmiyyətindən söz açıb.