Şriftin ölçüsü :

Saytın rəngi :

Rayon İcra Hakimiyyətində növbəti vətəndaş qəbulu olub-Yenilənəcək

30 dekabr 2022 | 14:44

Ölkə Prezidenti İlham Əliyevin, Birinci vitse-prezident Mehriban Əliyevanın vətəndaşlara göstərdikləri qayğı hər bir dövlət məmuruna nümunədir. Eyni zamanda bu, bütün sahələrdə öz əksini tapır ki, dövlət siyasətinin kökündə vətəndaş amilinin, vətəndaş məmnunluğunun dayanması deməkdir. Ölkə rəhbəri tərəfindən səsləndirilən “Siz daim insanlarla təmasda olmalısınız. Bütün kəndlərdə olmalısınız, kənd camaatının qayğıları ilə yaşamalısınız, onları narahat edən problemləri onların dilindən eşitməlisiniz və imkan daxilində bu problemləri həll etməlisiniz. Nəyə gücünüz çatırsa, rayon daxilində həll etməlisiniz. Elə məsələlər var ki, onlar dövlət orqanları tərəfindən həll olunmalıdır. Bu barədə də aidiyyəti dövlət orqanlarına müraciət etməlisiniz – Prezident Administrasiyasına, Nazirlər Kabinetinə, aidiyyəti dövlət qurumlarına ki, mövcud problemlər öz həllini tapsın. Əgər hər bir kəndin problemi həll olunarsa, demək olar ki, ölkədə insanları narahat edən ciddi problem qalmayacaq” fikirləri də bir daha onu sübut edir ki, vətəndaş amili dövlət siyasətinin prioritet istiqamətidir. 

Qazaxda bu amili əldə rəhbər tutan rayon rəhbərliyi tərəfindən vətəndaşların fərdi və ya ümumi şəkildə qəbul edilməsi də bu məqsədə xidmət edir.

Həftə ərzində müraciət etmiş 6 nəfər vətəndaşın istəyinə dekabrın 30-da idarə, müəssisə və xidmət sahələri rəhbərlərinin iştirakı ilə baxılıb.

Qazax Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Məmməd Alıyev şəhər sakinləri Mirzəyev Dursun Hətəm oğlunun, Bağırov Elşən Süleyman oğlunun, Kosalar kənd sakini İsgəndərzadə Cəmalə Cavad qızının, Kəmərli kənd sakini İsmayılova Kamalə Ağakişi qızının, Daş Salahlı kənd sakinləri Əsgərov Elmar İsgəndər oğlunun, Əsgərov Zal Mustafa oğlunun, Xeyrımlı kənd sakini Abbasov Elvin Elçin oğlunun müxtəlif məzmunlu müraciətini dinləyib. 

Vətəndaşların işlə təmin olunmasına köməklik göstərilməsi ilə bağlı müraciətlərinə cavab olaraq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin Qazax-Tovuz Regional Məşğulluq filialına müraciət etmələri bildirilib. Məşğulluq Mərkəzində olan vakant yerlərə iş təklif olunması üçün aidiyyəti üzrə tapşırıq verilib. Vətəndaşların digər müxtəlif səpkili müraciətləri müvafiq olaraq cavablandırılıb. Səslənən hər bir məsələyə həssaslıqla yanaşılacağı, diqqətlə baxılacağı bildirilib.

Keçidlər