Şriftin ölçüsü :

Saytın rəngi :

“Şəhidlər Ölməz, Vətən Bölünməz” adlı layihə çərçivəsində ötən il sentyabrın 12-də düşmən təxribatının qarşısını alarkən şəhid olan igid Vətən oğullarının məzarları ziyarət olunub

28 yanvar 2023 | 09:20

“Gəncliyin Təşəbbüsü” Maarifləndirmə İctimai Birliyi Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi ilə “Şəhidlər Ölməz, Vətən Bölünməz” adlı layihəsinin icrası çərçivəsində 2022-ci il sentyabrın 12-si gecə və 13-ü səhər saatlarında Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycan-Ermənistan dövlət sərhədinin Daşkəsən, Kəlbəcər, Laçın və Zəngilan istiqamətlərində genişmiqyaslı təxribatının qarşısını alan zaman Şəhidlik zirvəsinə ucalan “Azərbaycan Bayrağı” ordeni, 3-cü dərəcəli "Rəşadət" ordeni, "Vətən uğrunda", “Cəbrayılın azad olunmasına görə”,  “Şuşanın azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə”, “Vətən müharibəsi iştirakçısı” medalları ilə təltif olunmuş baş leytenant Kazımov Yunis Qasım oğlunun, “Azərbaycan Bayrağı” ordeni, "Vətən uğrunda", “Zəngilanın azad olunmasına görə”, “Vətən müharibəsi iştirakçısı” medalları ilə təltif olunmuş baş gizir Məmmədov Azər Mustafa oğlunun, “Azərbaycan Bayrağı” ordeni, "Vətən uğrunda", “Kəlbəcərin azad olunmasına görə”, “Şuşanın azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə”, “Döyüşdə fərqlənməyə görə”, “İgidliyə görə”, “Vətən müharibəsi iştirakçısı” medalları ilə təltif olunmuş gizir Kərimov Azad Zakir oğlunun məzarları ziyarət olunub.  

26-27 yanvar tarixlərində təşkil olunmuş ziyarətlərdə “Gəncliyin Təşəbbüsü” Maarifləndirmə İctimai Birliyinin sədri və layihə rəhbəri Azər Əliyev, Qazax Rayon İcra Hakimiyyəti başçısı aparatında Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin böyük məsləhətçisi Məhəmməd Xəlilli, Vətən müharibəsi şəhidlərinin ailə üzvləri, qazilər, şəhidlərin yaxınları iştirak ediblər.

Şəhidlərin ruhuna dua oxunub, əziz xatirələri ehtiramla anılıb.

“Gəncliyin Təşəbbüsü” Maarifləndirmə İctimai Birliyinin sədri və layihə rəhbəri Azər Əliyev layihə, donor haqda ətraflı məlumat verib, eləcə də layihə çərçivəsində şəhidlərin xatirəsinə həsr olunmuş qol güləşi və mini futbol turnirlərinin keçiriləcəyini bildirib.

Tədbir iştirakçılarından Qazax RİH başçısı aparatında Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin böyük məsləhətçisi Məhəmməd Xəlilli, Qazax RİH başçısının Kəmərli kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəsi Səməd Orucov, Qazax  RİH başçısının Daş Salahlı kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəsi Səbuhi Əliyev, Vətən müharibəsi şəhidlərindən gizir Sərxan Abdullayevin atası Elxan Abdullayev, baş leytenant Xaliddin Nəsibovun atası Vaqif Nəsibov, gizir Amid Məmmədovun atası Müqabil Məmmədov, qazilər və veteranlardan Namiq Alıyev, Azər Məmmədov, Cəfər Cəfərov, Avdı Məmmədov, ehtiyatda olan zabit Rəşad Fərzəliyev, “Gəncliyin Təşəbbüsü” Maarifləndirmə İctimai Birliyinin idarə heyətinin üzvləri İsmayıl Mustafayev, Süleyman Süleymanov və Emin Əliyev Vətən müharibəsinin zəfər yolu haqda fikirlərlərini bölüşüblər. Torpaqlarımızın azadlığı, ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin xatirələrinin hər zaman əziz tutulacağını, Azərbaycan xalqı var olduqca qəhrəman oğullarımızın qəlblərdə əbədi yaşayacaqlarını qeyd ediblər. Respublika Prezidenti İlham Əliyevin, Birinci vitse-prezident Mehriban Əliyevanın, rayon rəhbərliyinin şəhid ailələrinə, qazilərə göstərdikləri diqqət və qayğının hər kəsə nümunə olduğunu söyləyiblər. Gənclərin vətənpərvərlik ruhunda tərbiyə olunmasında bu cür layihələrin mühüm əhəmiyyət daşıdığını qeyd edərək layihənin təşkilatçılarına minnətdarlıqlarını bildiriblər.

Şəhidlərimizin yaxınları göstərilən qayğı və diqqətə, övladlarının xatirəsinin əziz tutulmasına görə layihə təşkilatçılarına, iştirakçılara razılıqlarını ifadə ediblər.

Keçidlər