Vətəndaşlar fərdi şəkildə qəbul edilib
Bu gün ölkəmizdə Respublika Prezidenti İlham Əliyevin həyata keçirdiyi dövlət siyasətinin əsasında vətəndaş amili dayanır. Bu, ölkə başçısı tərəfindən vətəndaşlara göstərilən qayğıda, vətəndaşlarla bağlı verdiyi tapşırıq və tövsiyələrdə təzahür edir.
Dövlət siyasətinin ana xəttini təşkil edən vətəndaş amili Qazax rayonunda da hər zaman əsas götürülür. İcra başçısının rəhbər təyin olunduğu ilk gündən sakinlərə olan səmimi münasibəti, vətəndaşlara göstərdiyi diqqət və qayğı bunu söyləməyə əsas verir. Şəhər və kəndlərdə sakinlərlə keçirilən görüşlər zamanı səslənən müraciətlərə operativ şəkildə baxılması, vətəndaşların yaşadığı ünvandan asılı olmayaraq istəyinə əsasən yerində baxılması, qaldırılan məsələlərin həlli istiqamətində yerindəcə tapşırıq verilməsi, vətəndaşların ərizə və müraciətlərinə əsasən fərdi şəkildə keçirilən qəbullar vətəndaş məmnunluğunun təmin edilməsinə xidmət edir. Vətəndaşlara göstərilən diqqət və qayğını hər an hiss edən hər bir rayon sakini İcra Hakimiyyətinə ünvanlanmış müraciətə, yazılan məktuba, görüşdə səslənən fikirə həssaslıqla yanaşılacağını yaxşı bilir.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 5 mart 2022-ci il tarixli 71 nömrəli Qərarı ilə 6 mart tarixindən etibarən vətəndaşların qəbulu həyata keçirilir.
Aprelin 25-də Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov ərizə ilə müraciət etmiş bir qrup vətəndaşı fərdi şəkildə qəbul edib.
Qazax şəhər sakinləri Abdullayev Samir Abdulla oğlunun, Bayramov Akif Məmmədqasım oğlunun, Quşçu Ayrım kənd sakini Kərimov Sənan Arzu oğlunun, Yuxarı Salahlı kənd sakini Namazov Natiq Əhməd oğlunun, Cəfərli kənd sakini Quluyeva Nərminə Novruz qızının, Orta Salahlı kənd sakini Süleymanov Məmməd Novruz oğlunun, Kosalar kənd sakini Qasımova Səxavət Rəşid qızının, Ürkməzli kənd sakini Bəkirli Bəkir Faiq oğlunun, Dəmirçilər kənd sakini Məmmədov Rauf Cavanşir oğlunun müraciətləri dinlənilib. Vətəndaşların işlə təmin olunma, əlillik dərəcəsinin təyin edilməsinə köməklik olunması, həyətyanı torpaq sahəsi ilə təmin olunma və müxtəlif səpkili digər müraciətləri müvafiq olaraq cavablandırılıb.