Şriftin ölçüsü :

Saytın rəngi :

Vətəndaşlar müraciətlərinə əsasən fərdi şəkildə qəbul edilib

06 iyul 2022 | 19:37

Ölkə Prezidenti İlham Əliyevin, Birinci vitse-prezident Mehriban Əliyevanın vətəndaşlara göstərdikləri qayğı, onlarla bağlı verilən tapşırıq və tövsiyələr onu söyləməyə əsas verir ki, ölkəmizdə vətəndaş amili əsas götürülür. Eyni zamanda, dövlət siyasətinin ana xəttini təşkil edən bu amil hər bir dövlət məmuru üçün örnəkdir.  

Vətəndaş amili Qazaxda da hər zaman əsas götürülür. İcra başçısının rəhbər təyin olunduğu ilk gündən sakinlərə olan səmimi münasibəti, vətəndaşlara göstərdiyi diqqət və qayğı bunu söyləməyə əsas verir. Şəhər və kəndlərdə sakinlərlə keçirilən görüşlər zamanı səslənən müraciətlərə operativ şəkildə baxılması, vətəndaşların yaşadığı ünvandan asılı olmayaraq istəyinə əsasən yerində baxılması, qaldırılan məsələlərin həlli istiqamətində yerindəcə tapşırıq verilməsi, vətəndaşların ərizə və müraciətlərinə əsasən fərdi şəkildə keçirilən qəbullar vətəndaş məmnunluğunun təmin edilməsinə xidmət edir. Vətəndaşlara göstərilən diqqət və qayğını hər an hiss edən hər bir rayon sakini İcra Hakimiyyətinə ünvanlanmış müraciətə, yazılan məktuba, görüşdə səslənən fikirə həssaslıqla yanaşılacağını yaxşı bilir.       

İyulun 6-da Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov ərizə ilə müraciət etmiş daha bir qrup vətəndaşı fərdi şəkildə qəbul edərək istəklərini dinləyib.

Bağanıs Ayrım kənd sakini Poladova İlhamə Hüseyn qızının, Aslanbəyli kənd sakinləri Nəsibov Valeh Kərəm oğlunun, Nəsibov Nəriman Məhəmməd oğlunun, Barıyeva Gülhava Məhəmməd qızının müxtəlif səpkili müraciətləri dinlənilərək müvafiq olaraq cavablandırılıb.

Keçidlər