Vətəndaşlar müraciətlərinə əsasən fərdi şəkildə qəbul ediliblər
Ölkə Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva tərəfindən vətəndaş amilinin əsas götürülməsi, vətəndaşlara göstərdikləri qayğı, onlarla bağlı verilən tapşırıq və tövsiyələr onu deməyə əsas verir ki, dövlət siyasətinin ana xəttini təşkil edən bu amil hər bir dövlət məmuru üçün örnəkdir.
Vətəndaş amili Qazaxda da hər zaman əsas götürülür. İcra başçısının rəhbər təyin olunduğu ilk gündən sakinlərə olan səmimi münasibəti, vətəndaşlara göstərdiyi diqqət və qayğı bunu söyləməyə əsas verir. Şəhər və kəndlərdə sakinlərlə keçirilən görüşlər zamanı səslənən müraciətlərə operativ şəkildə baxılması, vətəndaşların yaşadığı ünvandan asılı olmayaraq istəyinə əsasən yerində baxılması, qaldırılan məsələlərin həlli istiqamətində yerindəcə tapşırıq verilməsi, vətəndaşların ərizə və müraciətlərinə əsasən fərdi şəkildə keçirilən qəbullar vətəndaş məmnunluğunun təmin edilməsinə xidmət edir. Vətəndaşlara göstərilən diqqət və qayğını hər an hiss edən hər bir rayon sakini İcra Hakimiyyətinə ünvanlanmış müraciətə, yazılan məktuba, görüşdə səslənən fikirə həssaslıqla yanaşılacağını yaxşı bilir.
İyunun 29-da Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov ərizə ilə müraciət etmiş daha bir qrup vətəndaşı fərdi şəkildə qəbul edərək istəklərini dinləyib.
Qazax şəhər sakinləri Şamayev Rüstəm İsmayıl oğlunun, Əşrəfov Bəhruz Fərrux oğlunun, Adıgözəlov Vüsal Bəşir oğlunun, Cəfərli kənd sakini Rəhimov Ceyhun Faiq oğlunun, Aslanbəyli kənd sakinləri Barıyeva Hava Əlləz qızının, Piriyev Sənan Məcid oğlunun, Yaqubov Vüqar Rəfayıl oğlunun, Şirməmmədov Azər İmralı oğlunun, Əhmədova Niyar Mahmud qızının müxtəlif səpkili müraciətləri dinlənilərək müvafiq olaraq cavablandırılıb.