Vətəndaşların müraciətinə fərdi şəkildə baxılıb
Cənab Prezident İlham Əliyevin, Birinci vitse-prezident Mehriban Əliyevanın ölkəmizdə vətəndaşlara göstərdikləri qayğı, sakinlərə olan səmimi münasibətləri, bütün işlərdə vətəndaş amilini əsas götürmələri hər bir dövlət məmuruna nümunədir. Ən əsası da vətəndaş məmnunluğunun təmin olunması dövlət siyasətinin ana xəttini təşkil edir ki, bu, ölkə rəhbərinin verdiyi tapşırıq və tövsiyələrdə real əksini tapır.
Vətəndaş amili Qazaxda da hər zaman əsas götürülür. İcra başçısının rəhbər təyin olunduğu ilk gündən sakinlərə olan səmimi münasibəti, vətəndaşlara göstərdiyi diqqət və qayğı bunu söyləməyə əsas verir. Şəhər və kəndlərdə sakinlərlə keçirilən görüşlər zamanı səslənən müraciətlərə operativ şəkildə baxılması, vətəndaşların yaşadığı ünvandan asılı olmayaraq istəyinə əsasən yerində baxılması, qaldırılan məsələlərin həlli istiqamətində yerindəcə tapşırıq verilməsi, vətəndaşların ərizə və müraciətlərinə əsasən fərdi şəkildə keçirilən qəbullar vətəndaş məmnunluğunun təmin edilməsinə xidmət edir. Vətəndaşlara göstərilən diqqət və qayğını hər an hiss edən hər bir rayon sakini İcra Hakimiyyətinə ünvanlanmış müraciətə, yazılan məktuba, görüşdə səslənən fikirə həssaslıqla yanaşılacağını yaxşı bilir.
Avqustun 4-də Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov ərizə ilə müraciət etmiş Hüseynbəyli kənd sakini, 2-ci qrup Qarabağ müharibəsi əlili Şahmalıyev Azər Bayram oğlunu və Cəfərli kənd sakini Mürsəlov Nadir Lətif oğlunu fərdi şəkildə qəbul edərək istəklərini dinləyib. Vətəndaşların müxtəlif məzmunlu müraciətləri dinlənilərək müvafiq olaraq cavablandırılıb.