Şriftin ölçüsü :

Saytın rəngi :

Vətəndaşların müraciəti dinlənilib

23 may 2022 | 18:00

Prezident İlham Əliyev, Birinci vitse-prezident Mehriban Əliyeva tərəfindən yürüdülən dövlət siyasətinin əsasını vətəndaş amili təşkil edir ki, bu, vətəndaşlara göstərilən qayğıda, vətəndaşlarla bağlı verilən tapşırıq və tövsiyələrdə real şəkildə əksini tapır.

Hər bir dövlət məmuru üçün nümunə olan vətəndaş amili Qazaxda da hər zaman əsas götürülür. İcra başçısının rəhbər təyin olunduğu ilk gündən sakinlərə olan səmimi münasibəti, vətəndaşlara göstərdiyi diqqət və qayğı bunu söyləməyə əsas verir. Şəhər və kəndlərdə sakinlərlə keçirilən görüşlər zamanı səslənən müraciətlərə operativ şəkildə baxılması, vətəndaşların yaşadığı ünvandan asılı olmayaraq istəyinə əsasən yerində baxılması, qaldırılan məsələlərin həlli istiqamətində yerindəcə tapşırıq verilməsi, vətəndaşların ərizə və müraciətlərinə əsasən fərdi şəkildə keçirilən qəbullar vətəndaş məmnunluğunun təmin edilməsinə xidmət edir. Vətəndaşlara göstərilən diqqət və qayğını hər an hiss edən hər bir rayon sakini İcra Hakimiyyətinə ünvanlanmış müraciətə, yazılan məktuba, görüşdə səslənən fikirə həssaslıqla yanaşılacağını yaxşı bilir.   

Mayın 23-də Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov ərizə ilə müraciət etmiş daha bir qrup vətəndaşı fərdi şəkildə qəbul edərək istəklərini dinləyib.

Çaylı kənd sakinləri Xasayeva Günel Nizami qızının, Qocayev Məmməd Abdurəhim oğlunun, Kosalar kənd sakinləri Əliyev Kərim Əkbər oğlunun, Oruczadə Məhəmməd Valeh oğlunun, Birinci Şıxlı kənd sakini Mikayılov Xanoğlan Əhməd oğlunun, Qazax şəhər sakinləri Nəsibov Məhəmmədəli Fikrət oğlunun, Xasayeva Arifə Eldar qızının, Orta Salahlı kənd sakini Nəzərov Turac Məmmədalı oğlunun, Aslanbəyli kənd sakini Pirməmmədov Turac Dilqəm oğlunun, Yuxarı Əskipara kənd sakini Həsənov Ülfət Viktor oğlunun, Ağköynək kənd sakini Mürşüdov Tural Müştab oğlunun müraciətləri dinlənilib. Vətəndaşların işlə təmin edilməsində, əlillik dərəcəsinin bərpa edilməsində və həyətyanı torpaq sahəsi ilə təmin edilməsində, evlərinin telefon və internet xətti ilə təmin edilməsində, özünüməşğulluq proqramına cəlb edilməsində köməklik olunması, eləcə də müxtəlif səpkili müraciətləri müvafiq olaraq cavablandırılıb.

Keçidlər