Vətəndaşların müraciətləri fərdi şəkildə dinlənilib
Azərbaycanda ölkə Prezidenti İlham Əliyevin, Birinci vitse-prezident Mehriban Əliyevanın vətəndaşlara göstərdikləri qayğının, vətəndaşlarla bağlı verilən tapşırıq və tövsiyələrin kökündə vətəndaş amili dayanır ki, bu, dövlət siyasətinin əsasında duran əsas göstəricidir.
Hər bir dövlət məmuru üçün nümunə olan vətəndaş amili Qazaxda da hər zaman əsas götürülür. İcra başçısının rəhbər təyin olunduğu ilk gündən sakinlərə olan səmimi münasibəti, vətəndaşlara göstərdiyi diqqət və qayğı bunu söyləməyə əsas verir. Şəhər və kəndlərdə sakinlərlə keçirilən görüşlər zamanı səslənən müraciətlərə operativ şəkildə baxılması, vətəndaşların yaşadığı ünvandan asılı olmayaraq istəyinə əsasən yerində baxılması, qaldırılan məsələlərin həlli istiqamətində yerindəcə tapşırıq verilməsi, vətəndaşların ərizə və müraciətlərinə əsasən fərdi şəkildə keçirilən qəbullar vətəndaş məmnunluğunun təmin edilməsinə xidmət edir. Vətəndaşlara göstərilən diqqət və qayğını hər an hiss edən hər bir rayon sakini İcra Hakimiyyətinə ünvanlanmış müraciətə, yazılan məktuba, görüşdə səslənən fikirə həssaslıqla yanaşılacağını yaxşı bilir.
İyunun 7-də Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov ərizə ilə müraciət etmiş daha bir qrup vətəndaşı fərdi şəkildə qəbul edərək istəklərini dinləyib.
Qazax şəhər sakinləri Qurbanov Nemət Nazim oğlunun, Nəsibov Musa Ramiz oğlunun, Əhmədli Nurlanə Nazim qızının, Aşağı Əskipara kənd sakini Qəhrəmanov Tural Möhübbət oğlunun müxtəlif səpkili müraciətləri dinlənilərək müvafiq olaraq cavablandırılıb.