Şriftin ölçüsü :

Saytın rəngi :

YAP Qazax Rayon Təşkilatında “Milli dövlətçiliyimizin xilaskarı” mövzusunda tədbir keçirilib

12 iyun 2023 | 16:27

İyunun 12-də “Heydər Əliyev İli” çərçivəsində Qazax Rayon İcra Hakimiyyətinin və Yeni Azərbaycan Partiyası Qazax Rayon Təşkilatının birgə təşkilatçılığı ilə 15 İyun - Milli Qurtuluş Gününə həsr edilmiş “Milli dövlətçiliyimizin xilaskarı” mövzusunda tədbir keçirilib.

YAP Qazax Rayon Təşkilatının inzibati binasında keçirilən tədbirdə Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov, icra aparatının məsul şəxsləri, Azərbaycan Respublikası Milli Məclisinin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, Avropa Şurası Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin rəhbəri Səməd Seyidovun köməkçisi Akif Əmirov, YAP Qazax Rayon Təşkilatı Ərazi partiya təşkilatlarının sədr və müavinləri, partiya veteranları, təşkilat fəalları, YAP-a üzv olan fəal gənclər, idarə, müəssisə və təşkilat rəhbərləri, Bakı Dövlət Universitetinin Qazax filialının, Qazax Dövlət Sosial-İqtisadi Kollecin əməkdaşları, KİV nümayəndələri iştirak ediblər. 

Əvvəlcə YAP Qazax Rayon Təşkilatının inzibati binasında Ümummilli Lider Heydər Əliyevin büstü önünə gül dəstələri qoyulub, əziz xatirəsi ehtiramla anılıb. 

Tədbirdə Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. 

YAP Qazax Rayon Təşkilatının sədri Anar Nəbiyev tədbiri giriş sözü ilə açaraq iştirakçıları salamlayıb, 15 İyun – Milli Qurtuluş Günü münasibətilə səmimi təbriklərini çatdırıb. 

Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov çıxış edərək tədbir iştirakçılarını salamlayıb, 15 İyun – Milli Qurtuluş Günü münasibətilə səmimi ürək sözlərini bölüşüb. “Heydər Əliyev İli” çərçivəsində silsilə tədbirlərin keçirildiyini, əlamətdar günə həsr olunmuş “Milli dövlətçiliyimizin xilaskarı” mövzusunda keçirilən tədbirin həmin tədbirlərin davamı olduğunu bildirib. 

Keçidlər