“Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində rayonun Yuxarı Salahlı kəndində ağacəkmə aksiyası keçirilmişdir
Cənab Prezident İlham Əliyevin 25 dekabr 2023-cü il tarixli Sərəncamına əsasən Azərbaycan Respublikasında 2024-cü il “Yaşıl dünya naminə həmrəylik ili” elan edilib.
Respublikamızın bütün bölgələrində olduğu kimi, Qazax rayonunda da “Yaşıl dünya naminə həmrəylik ili”nə həsr olunmuş silsilə tədbirlər keçirilir.
Oktyabrın 24-də Qazax Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Azərbaycan Respublikasında 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi ilə əlaqədar ağacəkmə aksiyası keçirilib.
Aksiyada Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov, icra aparatının məsul şəxsləri, könüllülər və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Aksiya çərçivəsində Qazax rayonunun Yuxarı Salahlı kəndi ərazisində, Bakı-Ələt-Qazax-Gürcüstanla dövlət sərhədi avtomobil yolunun kənarında 1600 ədəd sərv, 1000 ədəd badam, 1000 ədəd ərik olmaqla, 3600 ədəd ağac əkilib. Aksiya müddətində ümumilikdə 8600 ədəd müxtəlif növ ağac əkilib.
Aksiyanın keçirilməsində məqsəd ekoloji vəziyyətin sağlamlaşdırılması, cəmiyyətdə təbiətə qayğını təbliğ etmək, yaşıllıqların çoxaldılmasını təşviq edərək, ətraf mühitin qorunmasına, ən əsası da ölkədə keçirilən ekoloji tədbirlərdə yaxından iştirak etmək və ekoloji maarifləndirmə işlərinə töhfə verməkdən ibarətdir.