Şriftin ölçüsü :

Saytın rəngi :

Qazaxda bir neçə küçəyə çınqıl döşənib

06 aprel 2022 | 16:00

Bu gün ölkəmizdə Prezident İlham Əliyevin yürütdüyü dövlət siyasətinin əsasını təşkil edən vətəndaş amili, xüsusən də ölkə rəhbərinin vətəndaşlarla bağlı verdiyi tapşırıq və tövsiyələr Qazax rayonunda birmənalı şəkildə icra edilir. İcra başçısının rəhbər təyin olunduğu ilk gündən sakinlərə olan səmimi münasibətinin, vətəndaşlara göstərdiyi diqqət və qayğısının əsasında məhz dövlətin və ölkə rəhbərinin vətəndaşlara olan münasibəti dayanır. Şəhər və kəndlərdə sakinlərlə keçirilən görüşlər zamanı səslənən müraciətlərə operativ şəkildə baxılması, vətəndaşların yaşadığı ünvandan asılı olmayaraq istəyinə əsasən yerində baxış keçirilməsi, qaldırılan məsələlərin həlli istiqamətində yerindəcə tapşırıq verilməsi, vətəndaşların ərizə və müraciətlərinə əsasən fərdi şəkildə keçirilən qəbullar onu deməyə əsas verir ki, dövlət daim vətəndaşının yanındadır. Vətəndaşlara göstərilən diqqət və qayğını hər an hiss edən hər bir rayon sakini İcra Hakimiyyətinə ünvanlanmış müraciətə, yazılan məktuba, görüşdə səslənən fikirə həssaslıqla yanaşılacağını yaxşı bilir.
Respublikamızın hər yerində olduğu kimi, Qazaxda da Azərbaycan Respublikası Nazirlər Kabinetinin 5 mart 2022-ci il tarixli 71 nömrəli Qərarı ilə 6 mart tarixindən etibarən vətəndaş qəbulu yenidən həyata keçirilir.
Aprelin 6-da Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov ərizə ilə müraciət etmiş bir qrup vətəndaşı növbəti dəfə fərdi şəkildə qəbul edib.
Qazax şəhər sakinləri Xudiyeva İlhamiyə Mühüd qızının, Abdulzadə Nurlanə Eldar qızının, Fərəhli kənd sakini Nəbiyeva Məleykə İsgəndər qızının, Ağköynək kənd sakini Hacıyev Əfqan Çingiz oğlunun, Çaylı kənd sakini Pirverdiyeva Afət Cəlal qızının, Qarapapaq kənd sakini Nəbiyeva Reyhan Niyazi qızının, Quşçu Ayrım kənd sakini Namazov Elçin Yolçu oğlunun müraciətləri dinlənilib. Vətəndaşların işlə bağlı müraciətlərinə cavab olaraq "Azərxalça” ASC-nin Qazax filialında iş təklif olunub, digər müxtəlif səpkili müraciətləri isə müvafiq olaraq cavablandırılıb.

 

Keçidlər