Şriftin ölçüsü :

Saytın rəngi :

Millət vəkili Səməd Seyidovun Quşçu Ayrım kəndində görüşü zamanı sakinlər tərəfindən qaldırılan məsələ artıq müsbət həllini tapıb və onlar buna görə minnətdarlıq edirlər

10 oktyabr 2022 | 19:00

Ötən yazımızda sentyabrın 28-də 107 saylı Qazax Seçki Dairəsindən millət vəkili seçilmiş, Azərbaycan Respublikası Milli Məclisinin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidovun Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşovla birlikdə Quşçu Ayrım, Məzəm, Fərəhli, Hüseynbəyli və Birinci Şıxlı kəndlərində sakinlərlə görüşməsi, onların müraciətlərini dinləməsi barədə məlumat vermişdik.

“Hər bir dövlət məmurunun vəzifə borcudur ki, siz vətəndaşlara qayğı ilə yanaşsın”, - deyən millət vəkili sakinlərin qayğıları ilə maraqlanıb, onları narahat edən məsələləri dinləmişdi.

Quşçu Ayrım kəndində olan görüşdə şəhid atası Abbas Mirzəyev məhləarası yolların və təzə salınmış kənd qəbiristanlığına gedən yolun çınqıllanmasını bildimişdi. Elə görüşdəcə rayon rəhbərliyi tərəfindən yolla bağlı qaldırılan məsələnin həlli istiqamətində aidiyyəti şəxslərə müvafiq tapşırıqlar verilmişdi. Budur, artıq sözügedən məsələ müsbət həllini tapıb və kənd sakinləri buna görə minnətdarlıq edirlər. Məhləarası yolların və təzə salınmış kənd qəbiristanlığına gedən yolun çınqıllanaraq hamarlanmasını vətəndaşlara göstərilən qayğının bariz nümunəsi kimi qiymətləndirirlər.

Minnətdarlıq dolu həmin məktubu və görülmüş işləri təqdim edirik.

Keçidlər