Qazax rayonunda bir neçə kənddə kənddaxili küçələrə qum-çınqıl döşənib
Bu gün müstəqil Azərbaycan Prezident İlham Əliyevin rəhbərliyi altında güclü bir dövlət kimi bütün dünyada tanınır və söz sahibinə çevrilib. Bunu ölkəmizdə aparılan genişmiqyaslı abadlıq və quruculuq işləri, həyata keçirilən uğurlu layihələr, məqsədyönlü tədbirlər bir daha sübut edir. Gündən-günə inkişaf edən Azərbaycanda bütün sahələrlə yanaşı, yol infrastrukturunun inkişafı istiqamətində də məqsədyönlü işlər görülür.
Son illər dövlət başçısının qayğısı sayəsində respublika və yerli əhəmiyyətli yeni asfalt yolların çəkilməsi ilə bağlı imzaladığı çoxsaylı Sərəncamların Qazaxda uğurla icra olunması dediklərimizin əyani sübutudur. Məhz dövlətin qayğısı sayəsində təkcə son illər rayonun Qazaxbəyli-Orta Salahlı-Aşağı Salahlı, Yuxarı Salahlı-Kəmərli, Kosalar, Quşçu Ayrım, Canalı, Çaylı, Bala Çaylı, Hüseynbəyli, Cəfərli, Daş Salahlı-Ürkməzli-Dəmirçilər, Fərəhli kəndlərinə yeni asfalt yolların çəkilməsi bu sahədə görülən işlərin uğurla davam etdirilməsi deməkdir.
Qazax rayonunda yeni yolların çəkilməsi ilə yanaşı, şəhər və kəndlərdə küçədaxili yollarda da həm nəqliyyat vasitələrinin, həm də vətəndaşların rahatlığını təmin etmək məqsədilə bir sıra işlər görülür. Rayonda hər il bu məqsədlə şəhər və kəndlərdə ehtiyac olan küçələrə qum-çınqıl daşınıb tökülür.
Rayonun Ağköynək, Orta Salahlı, Qazaxbəyli, Birinci Şıxlı, Hüseynbəyli, Kosalar kəndlərində kənddaxili küçələrə qum-çınqıl daşınıb tökülərək hamarlanıb.
Ağköynək kəndində 5280 metr, Orta Salahlı kəndində 6850 metr, Qazaxbəyli kəndidə 4500 metr, Birinci Şıxlı kəndində 11400 metr, Hüseynbəyli kəndində 7500 metr, Kosalar kəndində 9500 metr olmaqla, ümumilikdə 45030 metr məsafədə kənddaxili yollara qum-çınqıl döşənib.
Kənddaxili küçələrin çınqıllanması sakinlər tərəfindən də razılıqla qarşılanır. Sakinlər rayonda aparılan quruculuq və abadlıq işlərinə görə ölkə Prezidenti İlham Əliyevə minnətdarlıq edirlər.