Şriftin ölçüsü :

Saytın rəngi :

Qazaxbəyli kəndində səyyar görüşdə qaldırılan məsələlər müsbət həllini tapıb

12 sentyabr 2022 | 17:20

Bu gün ölkəmizdə cənab Prezident İlham Əliyevin, Birinci vitse-prezident Mehriban Əliyevanın xalqın, vətəndaşların arasında olmaları, onların müraciətlərini, istəklərini dinləmələri bütün dövlət məmurlarına örnəkdir. Eyni zamanda, bu, ölkəmizdə yürüdülən dövlət siyasətinin əsasında vətəndaş amilinin dayanması, vətəndaş məmnunluğunun əsas götürülməsi deməkdir.

Vətəndaş amili, ölkə başçısının rəhbər vəzifəli şəxsləri qəbul edən zaman dövlət məmurlarına daim vətəndaşlarla təmasda olmaları, bütün kəndləri gəzmələri, kənd camaatı ilə görüşmələri, vətəndaşların ərizə və müraciətlərinə, onları narahat edən problemlərə həssaslıqla yanaşılması barədə aidiyyəti üzrə verdiyi tapşırıq və tövsiyələr Qazaxda da birmənalı olaraq icra edilir. Rayonda həyata keçirilən bütün işlərdə vətəndaş məmnunluğunun təmin edilməsinə üstünlük verilir. Rayon rəhbərinin vətəndaşlara göstərdiyi qayğı, sakinlərin qaldırdıqları hər bir məsələyə daim həssaslıqla yanaşması bu dediklərimizin bariz nümunəsidir.

Avqustun 25-də Qazaxbəyli kəndində vətəndaşlarla keçirilən səyyar görüşdə kənd sakinləri Əsədova Hüsniyyə Ənvər qızının kənddə 8 ədəd qəzalı vəziyyətdə olan elektrik dirəyinin yenisi ilə əvəz olunması, Əzizova Sehran Firuddin qızının kənddaxili avtomobil yoluna qum-çınqılın döşənməsi ilə bağlı müaciətlərinin bu gün öz müsbət həllini tapması vətəndaşlara olan növbəti qayğıdır.

Belə ki, Qazax Elektrik Şəbəkəsi tərəfindən Qazaxbəyli kəndi ərazisində 12 ədəd elektrik dirəkləri yenisi ilə əvəz olunub. Kəndin “Çökək məhəlləsi” adlanan ərazidə Qazax bələdiyyəsi tərəfindən qeyd olunan məhəllə yoluna 3 maşın (Şaqman) qum-çınqıl tökülərək qreyderlə hamarlanıb.

Sakinlər onlara göstərilən qayğıya və müraciətlərinə operativ şəkildə baxılmasına görə ölkə Prezidenti İlham Əliyevə, rayon rəhbərliyinə minnətdarlıqlarını bildirirlər.

Keçidlər