Şriftin ölçüsü :

Saytın rəngi :

Qazaxda daha bir neçə çoxmənzilli yaşayış binasının həyətinə asfalt örtüyü vurulub

08 may 2023 | 20:44

Ölkə Prezidenti İlham Əliyevin rəhbərliyi altında son illər ölkəmizdə "Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqram”larının uğurlu icrası sayəsində paytaxt Bakı ilə yanaşı, respublikamızın bölgələrində də genişmiqyaslı quruculuq işləri həyata keçirilir. Bunu son dövrlər Qazaxda aparılan abadlıq işlərindən, xüsusilə də ölkə başçısının tapşırığına əsasən "Azərsu” ASC tərəfindən Qazax şəhərinin içməli su və tullantı su sistemlərinin yenidən qurulması layihəsinin icrasından sonra prospekt və küçələrin asfaltlanmasından, səkilərə yeni tamet, bardür düzülməsindən, qaz, elektrik, rabitə xətlərinin səliqəyə salınmasından aydın şəkildə görmək olur. 

Artıq yaxşı məlumdur ki, şəhərin Heydər Əliyev prospektində, Molla Pənah Vaqif, Səməd Vurğun, Azadlıq, Zeynalabdin Tağıyev, Murtuz Carçıyev, Əminə Dilbazi, Molla Vəli Vidadi, Hüseyn Arif, Məmməd Əmin Rəsulzadə, Əhməd Seyidov, Mehdi Hüseyn, Bakı, Firuddin Şamoyev, Əliağa Şıxlinski küçələrinə çəkilişdən sonra yeni asfalt örtüyü vurulub. Bundan əlavə, Qazax Mənzil İstismar Sahəsinin balansında olan, şəhərin Nəriman Nərimanov yaşayış massivində yerləşən  1, 2, 3, 22, 23, 24, 25, 26, 27, 42, 43, 44, 45, 46, 47, 48, 49 saylı, Heydər Əliyev prospektində yerləşən 61A,63,65,81,83,175,179 saylı, Azadlıq küçəsində yerləşən 31A,92,107,208,208A saylı, Şəhidlər Xiyabanı küçəsində yerləşən 12,14,25,27 saylı, Əliağa Şıxlinski küçəsində yerləşən 4,5, Ələddin Qədirov küçəsində yerləşən 2,3,4 saylı, Hüseyn Arif küçəsində yerləşən "Hərbi şəhərcik” adlanan yaşayış massivində hərbçi ailələrinin yaşadığı 2,3,4,5 saylı çoxmənzilli yaşayış binalarının həyətində abadlıq işləri aparılaraq "Abad məhəllə” kimi sakinlərin istifadəsinə verilib.

Təqdirəlayiq haldır ki, rayonda aparılan abadlıq-quruculuq işləri bu il də uğurla davam etdirilir. Şəhərin küçələrində, eləcə də çoxmənzilli yaşayış binalarının həyətində səliqə-sahman yaradılır, nəqliyyat vasitələrinin və vətəndaşların rahatlığını təmin etmək məqsədilə bir sıra işlər görülür. 

Qazax Mənzil İstismar Sahəsinin balansında olan, şəhərin Nəriman Nərimanov yaşayış massivində yerləşən beşmərtəbəli 1 saylı Dəmiryolu binasının, Azadlıq küçəsində yerləşən üçmərtəbəli 76 saylı, Şəhidlər Xiyabanı küçəsində yerləşən 31 saylı, Hüseyn Arif küçəsində yerləşən "Hərbi şəhərcik” adlanan yaşayış massivində hərbçi ailələrinin yaşadığı 2,3,4,5 saylı çoxmənzilli yaşayış binalarının həyətinə yeni asfalt örtüyünün vurulması bu dediklərimizin bariz nümunəsidir.

Keçidlər