Şriftin ölçüsü :

Saytın rəngi :

Qazaxda səhiyyə sahəsinə diqqət və qayğı göstərilir

25 dekabr 2017 | 16:00

Qazax rayonunda bütün sahələrlə yanaşı, səhiyyə sahəsinə də diqqət və qayğı göstərilir. Rayonumuzda inşa edilən 145 çarpayılıq Mərkəzi Xəstəxana binası buna əyani sübutdur.
  Qazax rayon İcra Hakimiyyətinin başçısı cənab Rəcəb Babaşov mütəmadi olaraq tibb müəssisələrinə də baş çəkir, mövcud vəziyyətlə maraqlanır, tapşırıq və tövsiyələrini verir.
  Bu gün İcra Başçısı Qazax rayonunun Yuxarı Salahlı kəndində olub. Burada tikilməsi nəzərdə tutulan Həkim Məntəqəsi üçün ayrılmış ərazi ilə maraqlanıb. Ərazi ilə tanış olan rayon rəhbərliyi yerlə bağlı fikirlərini bölüşüb, öz tapşırıqlarını verib.
  Qazax rayon İcra Hakimiyyətinin başçısı cənab Rəcəb Babaşov bu gün Xanlıqlar kəndi ərazisində tikilən elektrod zavoduna da gəlib, burada görülən işlərlə tanış olub. Rayon rəhbərliyinə məlumat verilib ki, “Carçıoğlu GROUP” MMC tərəfindən Xanlıqlar kəndi ərazisində inşa edilən elektrod zavodunun ərazisi 1,5 hektardır. Bunun 2100 kvadrat metri örtülü sahədir ki, burada məhsul istehsal ediləcəkdir. Hazırda zavodda həm hörgü işləri görülür, həm də rəngləmə və digər tikinti işləri həyata keçirilir.
  Təmir işləri ilə yaxından tanış olan rayon rəhbərliyi işlərin sürətlə və keyfiyyətlə aparılmasını tapşırıb.

 

Keçidlər