Şriftin ölçüsü :

Saytın rəngi :

Qazaxda maarifləndirici tədbir keçirilmişdir

26 dekabr 2017 | 16:00

Qazax şəhər 2 saylı tam orta məktəbində Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin  layihəsi çərçivəsində “İslam dini sülh, həmrəylik və qardaşlıq dinidir” mövzusunda maarifləndirici tədbir keçirilmişdir.
Tədbiri Qazax RİHB aparatında ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini, dini qurumlarla işin təşkilatçısı Məhəmməd Orucov açmış və İslam dininin sülh, həmrəylik və qardaşlıq dini olması, bu sahədə respublikamızda görülmüş işlər, həyata keçirilmiş tədbirlər və əldə olunmuş uğurlar barədə toplantı iştirakçılarına ətraflı məlumat vermişdir.
Mövzu ətrafında DTX Qazax rayon şöbəsinin rəis müavini Müşviq Mürsəlov, Qazax rayon Prokurorunun müavini Qasım Ağayev, Qazax rayon Polis şöbəsinin sahə rəisi Bilal Allahverdiyev, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Qərb bölgəsi üzrə şöbə müdiri Rasim Tağıyev, QMİ-nin bölgə qazisi İlham Süleymanov,məktəbin direktoru Murğuz Mustafayev və başqaları çıxış etmişlər.
Sonda  müəllim və tələbələrin sualları cavablandırılmış və “Şəhadət” filmi nümayiş olunmuşdur.
Müəllim və şagirdlərə dini maarifləndirmə ilə bağlı kitab və broşuralar paylanılmışdır.

 

Keçidlər