Şriftin ölçüsü :

Saytın rəngi :

İcra başçısı vətəndaşların fərdi qaydada növbəti qəbulunu keçirdi

05 fevral 2018 | 16:00

Fəaliyyətə başladığı ilk gündən vətəndaş amilini ön plana çəkən Qazax rayon İcra Hakimiyyətinin başçısı cənab Rəcəb Babaşovun  rəsmi qəbul günündən başqa digər vaxtlarda da rayon sakinlərini fərdi şəkildə qəbul etməsi Qazax rayonunda artıq ənənə şəklini alb.
Bu gün rayon rəhbərliyi bir qrup vətəndaşı fərdi qəbul edərək onların qayğı və problemləri ilə maraqlanıb.
Cənab Rəcəb Babaşov Ağköynək kənd sakini Olqa Musayevanı diqqətlə dinlədikdən sonra nəvələri ilə bağlı məsələnin həll olunması üçün göstəriş verib.
Məzəm kənd sakini, şəhid ailəsi olan Məmmədova Fazilə Məsim qızı ötən qəbuldan sonra onlara kömək etdiyinə görə rayon rəhbərliyinə minnətdarlıq edib. İcra Başçısı rayondakı bütün şəhid ailələrinə diqqət və qayğı göstərdiyini deyərək F.Məmmədovanın oğlunun və gəlininin işlə təmin olunmaları ilə bağlı tapşırıq verib.
Çaylı kəndində yaşayan şəhid atası Aslanov Yaqub Temraz oğlunun gəlini İsayeva Zülfiyyə Yaqub qızının işlə təmin olunması barədəki müraciəti də öz müsbət həllini tapıb. Cənab Rəcəb Babaşov onun işlə təmin edilməsini tapşırıb.
Şəhər sakini Dərgahquluyev Əhməd Süleyman oğlunun işlə təmin olunmaq barədə, Qurbanova Xatirənin və Sabiri Kifayət Mircəfər qızının müxtəlif mövzuda olan müraciətləri də İcra Başçısı tərəfindən müvafiq olaraq cavablandırılıb.

Keçidlər