Şriftin ölçüsü :

Saytın rəngi :

Qazaxda vətəndaşların müraciətlərinə yüksək səviyyədə baxılır

20 fevral 2018 | 16:00

Bu gün  Qazax rayon İcra Hakimiyyətində “Azərbaycan” qəzetinin 2018-ci il 13-14 fevral tarixli nömrələrində dərc edilmiş “Prezident İlham Əliyevin həyata keçirdiyi islahatlar vətəndaş müraciətlərinin həlli üçün etibarlı zəmindir” sərlövhəli məqaləyə və 2017-ci ildə Qazax rayon İcra Hakimiyyətinə daxil olmuş müraciətlərə baxılmasına həsr olunmuş tədbir keçirilib. Tədbirdə hüquq-mühafizə orqanlarının, rayonda fəaliyyət göstərən bütün idarə və müəssisələrin rəhbərləri iştirak edib.
Qazax rayon İcra Hakimiyyətinin başçısı cənab Rəcəb Babaşov tədbiri giriş sözü ilə açaraq vətəndaşların müraciətlərinə baxılması ilə əlaqədar görülmüş işlərdən danışıb. Qeyd edib ki, Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən islahatlar vətəndaş müraciətlərinin həll edilməsi istiqamətində yaranmış ən etibarlı zəmindir. Bu istiqamətdə rayonumuzda məqsədə müvafiq işlər görülmüş, İcra Aparatında, eləcə də səyyar görüşlərdə vətəndaşların müraciətlərinə yüksək səviyyədə baxılaraq həll olunmuşdur. Bunun nəticəsidir ki, rayon sakinləri ilə İcra Hakimiyyəti Aparatı arasında inam yaranmış və bu da rayonumuzda həyata keçirilən genişmiqyaslı tikinti-quruculuq işlərinə böyük stimul vermişdir.
Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri Gündüz Abışov rayon İcra Hakimiyyəti başçısının aparatına daxil olan müraciətlərin təhlili ilə bağlı çıxış edib. Vətəndaşların müraciətləri ilə əlaqədar rayon İcra Hakimiyyətinin başçısı cənab Rəcəb Babaşovun tapşırığına əsasən görülmüş işlər barədə məlumat verib. Tədbir iştirakçılarını İcra Aparatına ünvanlanmış müraciətlər barədə rəqəmlər vasitəsilə məlumatlandırıb.
Sonra rayon İcra Hakimiyyətinin başçısı cənab Rəcəb Babaşov əmək funksiyalarını yüksək peşəkarlıq səviyyəsində yerinə yetirdiklərinə görə Dövlət Təhlükəsizlik Xidmətinin Qazax rayon şöbəsinin rəisi Vidadi Həsənovu, rayon Polis şöbəsinin rəis müavini İlham Xamoyevi, rayon prokurorunun köməkçisi Nəriman Əsədovu, rayon Dövlət Arxiv İdarəsinin müdiri Səbuhi Salehovu, RİHB Aparatının baş mütəxəssislərindən Elminaz Hüseynova və Leyla Muradovanı, rayon Telekommunikasiya Qovşağında kargüzar Zərxanım Qasımovanı Qazax rayon İcra Hakimiyyəti başçısının Fəxri Fərmanı ilə təltif edib. Eyni zamanda, Rəcəb Babaşov Prezident İlham Əliyevin Sərəncamı ilə “Əməkdar mədəniyyət işçisi” fəxri adını almış İsgəndər Qurbanovu təbrik edərək fəxri adın vəsiqəsini təqdim edib.

Keçidlər