Şriftin ölçüsü :

Saytın rəngi :

Tikinti işləri sürətlə davam edir

23 mart 2018 | 16:00

Qazax Rayon İcra Hakimiyyətinin başçısı cənab Rəcəb Babaşov mütəmadi olaraq yeni inşa olunan tikinti obyektlərinə baş çəkir, görülən işlərlə maraqlanır.
Bu gün İcra Başçısı “İnvestel GROUP” MMC tərəfindən İkinci Şıxlı kəndində tikilən müəssisədə görülən işlərə baxış keçirmişdir. Rayon rəhbərinə məlumat verilmişdir ki, 2500 tonluq anbarın, 4500 kub metrlik 2 ədəd su hovuzunun və texnikanın saxlanılması və təmiri üçün qarajların tikintisi işləri başa çatmışdır. Hazırda 2600 tonluq soyuducu anbarın və ofis binasının tikintisi işləri davam edir.
Ümumi suvarma işlərinin həyata keçirilməsi məqsədilə, quru və soyuducu anbarın işləməsi üçün 12,8 km uzunluğunda elektrik xətti çəkilmiş, 4 ədəd transformatorlar quraşdırılmışdır. Xram çayı üzərində 3 pilləli nasos stansiyaları tikilmiş, ikinci  nasosxana sistemi quraşdırılmış, birinci və üçüncü nasosxanalarda isə montaj işləri başa çatmışdır.
Bundan əlavə 850 hektar sahədə damcı üsulu ilə çiləmə sisteminin quraşdırılması üçün 18 km uzunluğunda  sahədaxili xətlər çəkilmiş, boru və qurğular alınmışdır.  Tikinti tam başa çatdıqdan sonra müəssisədə 200 nəfərin işlə təmin olunması nəzərdə tutulmuşdur.
Sonra İcra başçısı “Birinci Şıxlı” kəndli fermer təsərrüfatında olmuş, əkin sahələrinə baxış keçirmiş, tapşırıq və tövsiyələrini vermişdir.

 

Keçidlər