Şriftin ölçüsü :

Saytın rəngi :

Vətəndaşlar fərdi şəkildə qəbul edilib

06 aprel 2018 | 16:00

Bu gün Qazax Rayon İcra Hakimiyyətinin başçısı cənab Rəcəb Babaşov vətəndaşları rəsmi qəbul edərək rayon sakinlərinin müraciətlərini müvafiq olaraq cavablandırıb. Rayon rəhbərliyi günün ikinci çağında isə fərdi qəbul keçirib.
Şəhər sakini Mustafayeva Nuriyyə Məmməd qızı işlə təmin olunmaq üçün ərizə ilə rayon rəhbərliyinə müraciət edib. Vətəndaşa boş iş yeri olduğu bildirilib və bunun üçün imtahan verməsi məsləhət görülüb.
Xanlıqlar kənd sakini Əliyev Həmid Sadıx oğlu özünün, Çaylı kənd sakini Sanıyeva Rahilə Xəliddin qızı gəlininin, şəhər sakini Əlizadə Yusif İsmayıl oğlu isə oğlunun  işlə təmin olunmaq barədə ərizə ilə müraciət ediblər. İcra Başçısı vətəndaşları diqqətlə dinlədikdən sonra kömək göstərilməsi barədə göstəriş verib.
Qaymaqlı kənd sakini, şair Kazımov Kazım Abdulla oğlunun yeni kitabının çap olunması ilə bağlı müraciətinə cavab olaraq İcra Başçısı kömək ediləcəyini bildirib.
Qarapapaq kənd sakini Hüseynov İsmi Sarı oğlu və həyat yoldaşı Orucova Səbinə Sabir qızının, şəhər sakini Qurbanova Nərmin Qurban qızının, Daş Salahlı kənd sakini Nəsibova Aytən Elton qızının, şəhər sakinlərindən Əhmədova Aynur Əli qızının və Rəhimova Güllüzar Seyid qızının müxtəlif səpkili müraciətləri rayon rəhbərliyi tərəfindən müvafiq olaraq cavablandırılıb.

 

Keçidlər