Şriftin ölçüsü :

Saytın rəngi :

Klub binasına baxış keçirilib

11 may 2018 | 16:00

Bu gün Qazax Rayon İcra Hakimiyyətinin başçısı cənab Rəcəb Babaşov vətəndaşların müraciətlərinə əsasən Ağköynəkdə olarkən kənd klubuna da baş çəkib.
Rayon rəhbərliyinə məlumat verilib ki, klub binası təqribən ötən əsrin 50-ci illərində tikilib. Uzun müddət səmərəli fəaliyyət göstərməsinə baxmayaraq, hazırda baxımsızlıqdan yararsız hala düşüb. Hətta bina uçmaq təhlükəsi ilə qarşılaşıb. Bu da ətrafdakı binalar üçün, eləcə də uşaqlar üçün real təhlükə yaradır.
İcra Başçısı binanın mövcud durumu ilə ətraflı tanış olduqdan sonra klubun təcili sökülməsi ilə bağlı tapşırıq verib.

 

 

 

Keçidlər