Şriftin ölçüsü :

Saytın rəngi :

Əhəng zavodu açılışa tam hazırdır

22 may 2018 | 16:00

Bu gün Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov və Prezident Administrasiyasının məsul işçisi cənab Əlibaba Əliyev Yuxarı Salahlı kəndindən sonra  Daş Salahlı kəndinə gəliblər. Burada “Mətanət A” şirkəti tərəfindən rayonumuzda tikilən Əhəng zavodunun inşası ilə tanış olublar.
Məlumat verilib ki, illik istehsal gücü 50 min ton olan zavodun tikintisi sürətlə aparılmış və inşaat işləri nəzərdə tutulduğu vaxtda başa çatdırılmışdır. Yeni zavod yüksək texnologiya ilə təmin olunmuşdur.
Məlumat verilib ki, zavodun istehsal hissəsi test yoxlamasından keçib və məhsul buraxmağa tam hazırdır. İnzibati binası yüksək səviyyədə hazırlanıb və lazım olan bütün işlər görülüb. Eyni zamanda, zavodun ərazisinə asfalt vurulub, yaşıllıqlar salınıb, güllər əkilibdir. Bir sözlə, Əhəng zavodu açılışa tam hazırdır.

 

Keçidlər